Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 20Апр
    İlham Əliyev müqəddəs qisasımızı aldı və zəfərimizin əyanilik parkını yaratdı

    “Hərbi Qənimətlər Parkına gələn hər bir insan  Ordumuzun, Silahlı Qüvvələrimizin  gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün maneələri dəf edərək düşməni  məğlub etdilər!”

    İlham ƏLİYEV

    Azərbaycan öz torpaqlarını erməni işğalından azad etmək üçün qeyri-adi müharibə apardı!

    Əvvəla, müharibə ildırım sürəti ilə getdi, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı daim hücumda oldu, bir dəfə də geri çəkilmədi və ən nəhayət, 44 gün ərzində bu müharibəyə 30 il hazırlıq görüb lovğa və özünə əmin vəziyyətdə dayanan düşməni darmadağın edərək kapitulyasiya sənədinə imza atmağa məcbur etdi!

    İkincisi, Azərbaycan yeni strategiya və taktika tətbiq etdi, yeni növ silahlar işlətdi, düşməni vahiməyə salaraq çaş-baş qoydu, erməni ordusunu kütləvi şəkildə qaçmağa, fərarilər dəstəsinə çevrilməyə vadar etdi.

    Üçüncüsü, Azərbaycan Ordusu düşmənin ənənəvi və təsirli müdafiə və hücum silahlarını, uzaqvuran toplarını və raket qurğularını, bütün növ zirehli texnikasını elə yerindəcə, hücum mövqeyinə çıxmasına imkan verməyərək dəqiq PUA zərbələri ilə məhv etdi!

    Dördüncüsü, Azərbaycan düşmənin qısa vaxt ərzində məhvinə və panikaya düşməsinə səbəb olan ənənəvi taktikanı daha dəqiq və uğurla icra etməklə arxa cəbhə ilə ön mövqelər arasındakı əlaqələri ilk həmlədəcə kəsdi, beləliklə, düşmənə arxadan silah, sursat, canlı qüvvə, ərzaq və digər yardımların gəlməsinin qarşısını tamamilə aldı!

    Beşincisi, düşməni gözləmədiyi yerdən və ağlına gətirmədiyi silahlarla vuraraq onun bütün müdafiə sistem və qurğularını əhəmiyyətsiz və mənasız duruma saldı.

    Ən nəhayət, düşməni psixoloji cəhətdən iflic vəziyyətinə, rəzil, qorxaq, panik duruma salaraq onu öz əsgərlərini müdafiə səngərlərində zəncirlərlə bağlamağa, bu yolla Azərbaycan Ordusuna müqavimət göstərmək kimi gülünc, vəhşi və qəddar vasitəyə əl atmağa məcbur etdi!

    Beşinci nəsil müharibə kimi xarakterizə edilən II Qarabağ müharibəsinin daha bir fərqli və qəribə cəhəti də vardı: biz öz evimizdə, kreslomuzda oturaraq hər gün müzəffər ordumuzun düşmənin atəş nöqtələrini, top və raket qurğularını, hərəkətdə olan nəqliyyat vasitələrini, səngərdəki canlı qüvvələrini dəqiq zərbələrlə necə məhv etdiyinə məmnunluqla baxırdıq!

    Lap kinodakı kimi!

    Bax buna görə bütün dünya Azərbaycanın yeni növ müharibə aparmasını qəbul və təsdiq edərək ondan öyrənməyə başladı!

    Hətta NATO, ABŞ, Böyük Britaniya, Almaniya, Ukrayna və digər ölkələr Azərbaycanın Vətən müharibəsindəki taktikasından bəhrələnərək öz ordularında müəyyən dəyişikliklər aparılması zərurətindən açıq-aşkar danışırlar!

    Azərbaycanın 44 günlük zəfər müharibəsi tarixə həm də yeni müharibə modeli kimi düşdü!

    Daha bir yenilik isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə “müharibə meydanının” paytaxt Bakıya “gətirilməsi” və əyani şəkildə, Qarabağda olduğu vəziyyətdə nümayiş etdirilməsidir!

    Söhbət Bakıdakı Hərbi Qənimətlər Parkından gedir.

    ***

    Elə bir Bakı sakini tapılmaz ki, Xəzəri sevməsin, ona valeh olmasın!

    Xəzər həm də paytaxtımızın yaraşığıdır!

    Elə bir Bakı sakini, Bakıya qonaq gəlmiş müsafir yoxdur ki, dənizkənarı bulvarda gəzməkdən, burada dincəlməkdən zövq almasın.

    Dənizkənarı bulvar həm də Xəzərin yaraşığı, boyunbağısıdır!

    Çox böyük bir qürurdur ki, Xəzərin sahilində, yeni Bakı bulvarında xalqımıza şərəf və şöhrət gətirən Vətən müharibəsinin parlaq zəfərini əyani şəkildə nümayiş etdirən unikal bir məkan yaranıb.

    Təkcə bakılıların, bütün Azərbaycan xalqının deyil, dünyanın hər yerindən şəhərimizə qonaq gələnlərin böyük maraq və həvəslə tamaşa edəcəkləri bu möhtəşəm muzey, əslində, dəmir yumruğun qüdrətli zərbəsinin bəhrəsidir!

    Dünyanın heç yerində mülki əhali, əcnəbi turist döyüş meydanına buraxılmır!

    Dünyanın heç yerində səngərlərə, blindajlara, bunkerlərə girmək, məhv edilmiş döyüş tankına, raket qurğusuna yaxınlaşmaq mümkün deyil!

    Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bütün bunları — tankları, topları, raketləri, hətta səngər və bunkerləri, düşmən kazarmalarını Bakı bulvarına gətirib ki, ürəyi istəyən rahatlıqla tamaşa etsin.

    Hamı əyani şəkildə görsün ki, dəmir yumruq erməni silahını, əsgər və zabitini, istehkam və müdafiə qurğularını necə yoğurub-yapıb, xəmirə çevirərək PUA-ların odunda “bişirib”!

    Əslində, dəmir yumruğun yaratdığı bu abidə Ermənistanın diz çökdürülmüş, məhv edilmiş, şərəfsiz vəziyyətə salınmış ordusundan qalanlardır!

    Əslində, dəmir yumruğun yaratdığı bu abidə dünya erməniliyinin də biabırçı məğlubiyyətinin əyani göstəricisidir!

    Əslində, dəmir yumruğun yaratdığı bu abidə həm də quduran, özgə torpağına göz dikən, işğal etdiyi əraziləri vəhşicəsinə dağıdan ordudan Tanrı qisasının əyani nümunəsidir!

    Eyni zamanda Azərbaycan Ordusunun nəyə qadir olduğunun, düşmənə necə toy tutduğunun, tar-mar edərək zəlil günə qoyduğunun qürur dolu nümayişidir!

    Eşq olsun dəmir yumruğa və onun sahibinə!

    ***

    Hərbi Qənimətlər Parkındakı eksponatların bir qismi bizə yaxşı tanışdır.

    Müdafiə Nazirliyinin mütəmadi olaraq mavi ekranlara çıxardığı çəkilişlərində seyr etmiş, möhtəşəm 10 dekabr Zəfər paradında görmüşük!

    Hamıda maraq doğuran maşın nömrələrindən ibarət stend.

    Bu stendin yaranmasının maraqlı və ifşaedici məqamları da var!

    Birinci Qarabağ müharibəsindən sonra ermənilər Azərbaycana məxsus şəxsi maşın nömrələrini əldə edərək işğal ərazilərində nümayiş etdirirdilər. Bununla da göstərmək istəyirdilər ki, azərbaycanlılar şəxsi avtomobillərini də ataraq qaçmışlar!

    Artıq ermənilərin hiyləgər və yalançı millət olduğunu bütün dünya bilir!

    Jurnalistlər araşdırma apararaq öyrəndilər ki, həmin nömrələr Qarabağda yaşayan insanların yeni aldıqları avtomobillərə Dövlət Yol Polisi tərəfindən veriləcək işlənməmiş nömrə nişanlarıdır. Diqqət edəndə nömrələrdəki ardıcıllıq da bunu təsdiq edir və ölkə KİV-i bu barədə yazmışlar.

    Sadəcə, torpaqların işğalı zamanı qənimət kimi həmin nömrə nişanlarını da ələ keçirmiş və məkrli məqsədlə yalançı stend düzəltmişdilər.

    Üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış bizə məxsus stenddəki nömrələr isə Azərbaycan Ordusu tərəfindən məhv edilən və ya qənimət kimi götürülən 522 hərbi yük maşınına məxsusdur!

    Hələ Vətən müharibəsi davam edərkən dağıdılan və ya ələ keçirilən onlarca belə maşın döyüş cəbhəsində çəkilərək telekanallar vasitəsilə dönə-dönə nümayiş olunmuşdur!

    Əslində, bu stend iki məqsədə xidmət edir:

    * əvvəla, erməni ordusunun Azərbaycan PUA-larından qorxduğuna görə hərbi maşınlarını ataraq piyada, gizlənə-gizlənə qaçdıqlarını göstərir;

    * ikincisi, şəxsi maşınların nömrələrindən düzəldilən yalançı stendə hərbi maşınların nömrə-stendləri ilə cavab verilir;

    Cavab isə belədir: əgər, həqiqətən, “qəhrəmansınızsa”, onda hərbi maşınlarımızı ələ keçirərək onların nömrələrini göstərəydiniz də!

    Necə ki, bunu biz etmişik!

    Papaq təkcə başı isti saxlamaq üçün deyil, həm də müəyyən rəmzlərin daşıyıcısıdır.

    Məsələn, yalnız Qafqazda yox, dünyanın bir çox yerlərində də papaq namus, qeyrət simvolu sayılır!

    Papağın oğurlanması, papağın itirilməsi rüsvayçılıq hesab olunur, insana dilqısalığı gətirir.

    Papağın boş qalması isə sahibinin öldüyünə dəlalət edir!

    Əsgər papağı bəzən dəmirdən olur, güllədən qorumaq üçün!

    Buna “kaska” deyirlər.

    Hərbi Qənimətlər Parkında Bakı küləyinin yelləndirdiyi bir xeyli “kaska” da var!

    Boş qalmış əsgər papaqları…

    Sahibləri nə vaxtsa bizim Qarabağda lovğalanıblar…

    Evlərimizi söküb, dağıdıb, yandırıb, ələ gələn materialını satıblar…

    Meşələrimizdəki qoz ağaclarını, çinarlarımızı qırıblar…

    Çaylarımızın, göllərimizin qabağını kəsib bizi susuz qoyublar…

    Kəndlərimizi, şəhərlərimizi xarabalıqlara çeviriblər…

    Yeraltı sərvətlərimizi daşıyıb aparıblar…

    Qəbiristanlıqlarımızı şumlayıb, məscidlərimizdə donuz, mal- heyvan saxlayıblar…

    Onların boş qalmış papaqları — kaskaları isə Tanrının hökmü, dəmir yumruğun əzəməti sayəsində indi Hərbi Qənimətlər Parkında eksponat kimi yellənir, yellənir…

    Kaskaları paytaxtımıza gətirənə qədər indi papağı boş qalmışlardan qisasımızı da hərtərəfli almışıq!

    44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını geri almış, mənfur düşməni Ağdam, Laçın və Kəlbəcər rayonlarını döyüşsüz qaytarmağa məcbur etmişik!

    Şuşa şəhəri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan, Talış və Çaylı kəndləri, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi Azərbaycan əsgər və zabitlərinin kütləvi qəhrəmanlıqları sayəsində işğaldan azad olunmuşdur!

    Özgə torpaqlarını himayədarlarının köməyi ilə ələ keçirərək, orada ağlasığmaz vəhşiliklər və vandallıqlar törədənləri açıq döyüşlərdə öz gücümüzlə cəzalandırmışıq. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı müzəffər ordumuz Ermənistanın beş mindən çox əsgər və zabitini cəhənnəmə vasil etmiş, on mindən çox əlil və bir o qədər də fərari yiyəsinə çevirmişdir!

    Sahibsiz qoyduğumuz boş işğalçı əsgər kaskalarını fərəhlə nümayiş etdirmək qalib ordu və millət kimi bizim haqqımızdır!

    Həm də qürurumuzdur!

    Hərbi Qənimətlər Parkında nümayiş etdirilən eksponatlar arasında bir “yiyəsiz” raket də var!

    Amma adi raket sayılmır.

    Operativ – taktiki raketdir!

    Böyük dağıdıcı gücə malikdir və beynəlxalq konvensiya ilə tətbiqi qadağan olunub!

    Nüvə başlığı da daşıya bilir!

    Rusiya istehsalıdır!

    Başqa sözlə, ermənilər onu nə istehsal edə bilir, nə də atmağa mütəxəssisləri var!

    Bu tip operativ – taktiki raketlərin başqa dövlətlərə satışı qanunla qadağan edilib!

    Adətən, raketlər göydən düşür.

    Çünki onları göyə atıb, hədəfə göydən tuşlayırlar.

    “İskəndər” də göydən düşüb!

    Özü də Şuşaya hədəflənib və qalıqları da oradan tapılıb.

    Azərbaycan Ordusu Şuşanı azad edəndən onar şəhəri dağıtmaq və oradakıları məhv etmək istəyibmişlər!

    Amma məqsədlərinə çatmayıblar…

    Açılası müəmmalar, cavablandırılası suallar çoxdur:

    * Rusiya istehsalı olan və hazırda qalıqları Hərbi Qənimətlər Parkında nümayiş olunan “İskəndər — M” ermənidə nə gəzir?

    * Satışı qadağan silahı Ermənistana kim və nə məqsədlə verib?

    * Raketi Şuşaya kimlər və haradan atıblar?

    * Niyə heç kim raketin haradan peyda olduğunu boynuna almır?

    * İstehsalçı nə vaxtadək ağzına su alıb duracaq?

    Azərbaycan kosmik ailənin üzvüdür!

    Göydə ikisi müşahidəçi olmaqla, üç peyki var!

    Sualların cavabını tam dəqiqliyi ilə bilirik!

    Amma rəsmi açıqlama istəyirik!

    “İskəndər — M” isə şüşə arxasında dayanaraq ona baxanlara baxır…

    “Hərbi Qənimətlər Parkının ən maraqlı guşələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis – maneələr sistemini ehtiva edən ərazidir. Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Otuz il ərzində möhkəmləndirilən mövqelərin daxilində isə yaxşı təchiz edilmiş döyüş postu, əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir.

    Azərbaycan Ordusuna qarşı kustar üsulla hazırlanmış rels üzərində hərəkət edən iriçaplı minaatanlardan istifadə olunurdu. Özəllik ondan ibarətdir ki, bu minaatanlar relslə arxaya doğru çəkilir, atəş açılır, daha anik relslə gizlədilirdi. Beləliklə, atəş nöqtəsini müəyyən etmək daha çətin olurdu, amma mümkünsüz deyildi!” – Bu, rəsmi açıqlamadır.

    Döyüş postu, əsgər kazarması, mühəndis-maneə sistemləri də olduğu kimi buraya “köçürülüb”.

    Hətta kazarmadakı ermənilər də!

    Amma müqəvva, anikin şəklində.

    Ermənilər siçanabənzər millətdirlər, onlar çoxüzlü olsalar da, iki əsas sifətləri var.

    Əvvəlcə siçana bənzərlikləri barədə.

    Müharibəni heç vaxt kişi kimi aparmayıblar!

    Heç kişilik barədə anlayışları da yoxdur!

    Terroru, pusquda durub insanları arxadan vurmağı, bomba partladaraq günahsız adamları qırğına verməyi yaxşı bacarırlar.

    Müharibə zamanı özgələrin arxasında gizlənərək hazırına nazir olmağı sevirlər.

    Açıq döyüşdən qorxduqlarından həmişə dəlmə-deşikdə, mağaralarda, dostlarının köməyi ilə tikdikləri bunkerlərdə gizlənməyin, arxadan zərbə endirməyin ustasıdırlar.

    Həmişə başqalarının imkanlarından ustalıqla bəhrələniblər!

    Amma heç zaman fərqində olmayıblar ki, alət millətdirlər, hamı onlardan “peşka” kimi istifadə edir.

    Odur ki, nə dövləti olub, nə də dövlətçiliyi!

    Qaraçı kimi dünyaya səpələnib, yaltaqlıq və yarınmaqla pul qazanmağı çox sevib və bacarıb!

    Birinci sifətləri bir yerə təzə köçmələri, azlıqla olmaları zaman görünür!

    Üzlərinə fağır, işbacaran, qulluqbaz maskası taxaraq ailəlikcə asılı olduqları adamın hüzurunda gecə-gündüz dayanaraq nə istəsələr, ona əməl edirlər.

    Etibar və etimad qazanırlar…

    Sonra qohum-əqrəbalarını, digər erməniləri ətraflarına yığırlar!

    Elə ki pullanırlar, güc toplayırlar, özlərinə havadar tapırlar – bax o zaman ikinci sifətləri görünür:

    * oğru, yalançı, qəddar, zalım olurlar;

    * insanlıqdan kənar bütün əməlləri bacarırlar;

    * dünən yaltaqlandıqları adamların bu gün kəlbətinlə qızıl dişlərini çəkir, başlarını uf demədən kəsirlər;

    * goreşən kimi qəbirləri dağıdıb, başdaşlarını oğurlayırlar.

    Hərbi Qənimətlər Parkındakı manikenlər ikinci qisim sifət sahiblərinin təmsilçiləridirlər.

     Onları hazırlayanlar bütün bu murdarlıqları üzlərində, vücudlarında məharətlə əks etdiriblər.

    Buna görə ermənilər rəncidəyə düşüblər!

    Özlərini manikenlərdə tanıdıqlarına görə bizdən inciyiblər…

    Ağılları olsa, həqiqi simalarını daim fəaliyyət göstərəcək bu park vasitəsilə bütün dünyaya tanıtdırdığımıza görə bizə minnətdarlıq edərlər…

    Nə vaxt istəsələr, özləri də gəlib baxa bilərlər.

    ***

    Zirehli texnika, müxtəlif silahlar da maraqla baxılan, dilsiz “danışan” eksponatlardandır.

    Havayı verilən şeyin qədri bilinməz!

    Ermənistana kifayət qədər silah-sursat verilmişdi!

    Nəinki müharibənin son günlərinədək, hətta müharibədən sonra da təyyarələrlə daşıyırdılar!

    Amma heç kim bilmirdi ki, Azərbaycan bu müharibəyə hansı sürprizləri ilə hazırlaşıb!

    Müzəffər Ali Baş Komandan İlham Əliyev hansı taktika və strategiyanı seçib, hansı silahları tətbiq edəcək!

    Kiçik bir statistika:

    II Qarabağ müharibəsi dövründə Azər

    baycan Ordusu tərəfindən Ermənistanın 5 milyard dollarlıq silah-sursatı məhv edilib!

    Belə ki, ertməni ordusunun 125 artilleriya topu, 366 tankı, 7 ədəd “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomobili və digər texnikalar ya məhv edilmiş, ya da qənimət kimi götürülmüşdür!

    Hərbi Qənimətlər Parkında hər iki qisim — həm məhv edilmiş, həm də qənimət alınmış zirehli texnika, top və raket kompleksləri nümayiş etdirilir.

    “Bayraqdar” və “Harop”larla vurulmuş tanklara və digər zirehlilərə baxanda adam ləzzət alır!

    Görün nə qədər dəqiqliklə vurulub!

    Görün zərbənin gücündən bu zəhmli silah və qurğular necə zavallı günə düşüb!

    Özgə atına minənə tez düşər — demişlər!

    Havayı silahla torpaq alanlar, goreşənlər, bayquş xislətli dağıdıcılar, vəhşilər və vandallar haqlı cəzalarını aldılar!

    Onları bu sonluğa Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyev gətirdi və əməllərinin əvəzini artıqlaması ilə verdi!

    Hələ bu harasıdır!

    Dəmir yumruq daim hazır vəziyyətdədir!

    ***

    Cənab İlham Əliyevin yenicə açılışını etdiyi Hərbi Qənimətlər Parkı həm də Qələbə Parkıdır!

    Zəfərimizi əyani əks etdirən möhtəşəm muzeydir!

    Bu qələbə xalqını sevən, xalqına arxalanan, xalqın ən böyük arzusunu gerçəkləşdirən liderin qələbəsidir!

    Bu qələbə liderini sevən, ona dəstək verən, öz liderinə inanan və güvənən xalqın qələbəsidir!

    Bu qələbə sülhsevər, ədalətli, torpağını və vətənini sevən, bu yolda hər an döyüşə və ölümə hazır olan xalqın işğalçı, vandal, vəhşi, qəddar, riyakar və ikiüzlü, boş xülyalara və faşist ideologiyasına uyaraq ağlını və mənəviyyatını itirmiş millət üzərində parlaq qələbəsidir!

    Bu qələbə haqqın və ədalətin dövlətləri, xalqları və millətləri müxtəlif sortlara bölənlər, beynəlxalq hüququ gücün hüququnun ayaqları altına atanlar, ikili standartların daşıyıcılarına çevrilənlər, dünya erməniliyi üzərindəki qəti və möhtəşəm qələbəsidir!

    Bu qələbə XXI əsrin müharibəsini aparan, dünyaya bu sahədə də yeni model təqdim edən Azərbaycan Ordusunun, əsgər və zabitinin qələbəsidir!

    Qələbənin memarı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!

    Bəxtiyar SADIQOV

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:50

İsmarıclar bağlıdır.