Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 16Июн
    15 İyun – müstəqilliyimizin təntənəsi, zəfərə gedən  yolun başlanğıcıdırTarixi təcrübə göstərir ki, dövlətin, cəmiyyətin və insanlığın inkişafını müəyyən edən əsas faktorlardan biri də lider fenomenidir. Məhz böyük şəxsiyyətlər özlərinin fəaliyyəti, irəli sürdüyü ideyalar və qəbul etdiyi qərarlarla nəinki öz dövlətlərinin tarixinə, bütövlükdə dünyada gedən ictimai-siyasi proseslərə təsir göstərmək imkanına malik olurlar. Belə tarixi simalar öz əməlləri və ideyaları ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin tərəqqisinin həmin dövrü birbaşa onların adları ilə bağlı olur.

    Bu mənada ümummilli lider Heydər Əliyevin fitri idarəçilik keyfiyyətləri, ekstremal və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə qətiyyətli və ən optimal qərarlar qəbul etmək məharətini xüsusi qeyd etmək lazımdır. 1991-1993-cü illərdə respublikada cərəyan edən mürəkkəb proseslər — siyasi böhranın, xaos və anarxiya mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi müstəqilliyin itirilməsi təhlükəsinin yaranması bu reallığı bir daha təsdiqlədi ki, yalnız böyük ictimai dəstəyə malik liderlər xalqlarının müstəqilliyinə etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər.
    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 17:15

İsmarıclar bağlıdır.