
Tədbirin keçirilməsində əsas məqsəd Gəncə təhsilinin «Uğurlu məzunlar»ının təhsilin inkişaf aspektinə uyğun olaraq yeni layihələrin və ideyaların icra olunmasında yaxından iştirakını və görüləcək işlərdə ictimai-nəzarətin artırılmasını təmin etməkdən ibarət olub.
Həmçinin görüşdə təhsillə bağlı bir çox mövzular ətrafında geniş müzakirələr edilib. Peşə təhsilinin inkişafı, tədris prosesinin səmərəliliyin artırılması, ölkəmizdə, eləcə də xaricdə təhsil alan tələbələrə dəstək və digər sahələr üzrə fikir mübadiləsi aparılıb.