Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 18Окт

    Xalqın ən böyük sərvəti onun müstəqilliyidir. Müstəqilliyin qorunub saxlanılması isə onu əldə etməkdən daha çətindir. Dövlət müstəqilliyinin qorunub saxlanılmasında görkəmli dövlət xadimlərinin rolu böyükdür. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, bütövlükdə yeni Azərbaycanın qüdrətli yaradıcısı və böyük qurucusu hesab edilir.

    Dövlətimiz bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır.

    Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr nəticəsində itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan isə Sovet imperiyasının dağılması nəticəsində yarandı və Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

    1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan “Azərbaycanın Dövlət Müstəqilliyi günü” hər il 18 oktyabrda qeyd edilməyə başladı. Beləliklə, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etməyə nail oldu.

    Konstitusiya aktında qeyd olunurdu ki, Azərbaycan dövləti müstəqil, unitar və dünyəvi dövlətdir.Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə, onun qanunlarına tabe olan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibaretdir. Siyasi hakimiyyət xalqa məxsusdur.

    Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Azərbaycan Respublikasını ilk olaraq
    Türkiyə Cümhuriyyəti, sonra Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və digər dövlətlər tanıdılar.

    Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Bu siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” na əsasən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil Azərbaycanı yaradıcılıqla, yeni epoxanın reallıqlarına uyğun şəkildə böyük sürətlə inkişaf etdirərək yeni sabahlara doğru aparır.Beləliklə, məqaləmizi Ümummilli lider Heydər Əliyevin sözləri ilə yekunlaşdıraraq deyə bilərik:
    «Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir».

    Prof.A.M.Bayramov ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 19:10

İsmarıclar bağlıdır.