Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,702
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 08Янв

    MektebTədbir Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə baş tutub.

    İbtidai sinif müəlliməsi Alimə Hüseynovanın rəhbərliyi ilə II sinif şagirdlərinin iştirak etdiyi tədbirin əsas məqsədi məktəblilər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

    Kitab hər zaman olduğu kimi müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə də öz dəyərini, qiymətini qoruyub saxlayır. Kitab xalqların milli dəyərlərini, milli mənəviyyatını gələcək nəsillərə çatdırmaq üçün çox gözəl vasitədir. Ulu öndər Heydər Əliyev deyirdi: “Biz hamımız təhsilimizi, elmimizi kitablardan almışıq. Ona görə də hamımız kitaba borcluyuq”.

    Kitabın mükəmməl elmə yiyələnmək üçün qızıl açar olduğunu söyləyən balaca kitabsevərlər geniş informasiya məkanı mühitində kitabın yeri, mövqeyi, əhəmiyyəti haqqında ətraflı söhbət açıb, kitab oxumağın faydalarını sadalayıb, rəqs edib, mahnı oxuyub, şeirlər, kəlamlar səsləndiriblər.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:41

İsmarıclar bağlıdır.