Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,356
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 09Янв

    Usaq-EviUşaq Evinin yeni korpusu üç mərtəbədən ibarət olacaq. Korpusda texniki otaqlar, böyük idman zalının tikiləcəyi nəzərdə tutulub. Binanın tikintisi cari ilin sonunda bitəcək.

    Üç mərtəbəli yeni korpusun zirzəmisində ərzaq və təchizat anbarı yerləşəcək. Digər mərtəbələrdə isə qış idman zalı, çamaşırxana, istirahət otaqları, akt zalı və dərnək otaqları olacaq.  Bildirək ki, 21 ildir fəaliyyət göstərən Uşaq Evində əlavə korpusun inşası zərurətdən irəli gəlib.

    Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova uşaqların idmanla məşğul olmaq üçün şəhərdə fəaliyyət göstərən idman klublarına getdiklərini bildirib. Direktor, artıq bu cür klubların yeni korpusda fəaliyyət göstərəcəyini və uşaqların sağlam böyüyəcəyini qeyd edib. Buna uşaqların çox ehtiyacı olduğunu vurğulayan Nazilə İsmayılova həmçinin başqa Uşaq Evinin məzunlarının ötən il bir otaqlı evlə də təmin olunduqlarını deyib. Direktor onlara Bakı şəhər, Abşeron rayon, Masazır qəsəbəsində hər bir şəraiti olan mənzil verildiyini bildirib. Nazilə İsmayılova Yeni il ərəfəsində Gəncə Uşaq Evinin bir qrup sakininin Heydər Əliyev fondunun dəstəyi ilə Moskva şəhərinə səfər etdiklərini də nəzərə çatıdırb. Onların yeni bir şəhərin mədəniyyəti ilə tanış olduqlarını söyləyən direktor belə halların uşaqların inkişafına, dünya görnüşünün artmasına müsbət təsir edəcəyini də qeyd edib. 

    Xatırladaq ki, hal-hazırda uşaq evində 3-14 yaş arası 58 uşaq iki mərtəbəli binda yaşayır. Onların təlim tərbiyyəsi ilə 49 işçi məşğul olur. Ötən il bir uşaq yeni ailəyə təhvil verilib.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:48

İsmarıclar bağlıdır.