Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,702
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Янв

      ppppppAzərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Cavidan Ağazadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan edilən qrant müsabiqəsinin qalibi olub. O, müsabiqəyə “Sağlam yaşamaq naminə ətraf mühiti qoruyaq” layihəsi ilə qatılıb.

    Layihənin reallaşdırılmasında ölkənin müxtəlif universitetlərindən ətraf mühit, ekologiya, davamlı inkişaf üzrə təhsil alan gənclər iştirak ediblər.

    Layihə çərçivəsində keçirilən, təcrübəli mütəxəssislər tərəfindən idarə olunan təlimdə gənclər üçün ölkənin ekoloji vəziyyəti, yaşıl iqtisadiyyat, davamlı inkişaf, ətraf mühitin qorunmasının əhəmiyyəti barədə məlumat verilib. Həmçinin gənclər qazandıqları bilik və təcrübələrini tətbiq etməklə ətraf mühit və ekoloji problemlərə aid məsələlər üzərində çalışıblar. Təlimin sonunda ən yaxşı praktik həllər hazırlayan gənclər layihədə uğurlu iştiraklarına görə sertifikatlarla təltif olunublar.

    Cavidan Ağazadənin “Sağlam yaşamaq naminə ətraf mühiti qoruyaq” layihəsinin əsas məqsədi gənclərin ətraf mühitin qorunması, ekoloji maarifləndirmə, qeyri-neft sektoru və aqrar sahəyə marağının stimullaşdırılmasıdır.

     

    Sevda Abbasova 

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 16:02

İsmarıclar bağlıdır.