Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,491
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 12Фев

    “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi yenidən 2018-ci il üçün Azərbaycanda Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının rəsmi Məlumat (əlaqə) mərkəzi seçilib.

    Ölkədə 2017-ci ildə  ilk dəfə olaraq İçtimai Birlik  Azərbaycan gənclər təşkilatları arasından seçilərək  Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Məlumat mərkəzi seçilib və yenidən Azərbaycanda ikinci dəfə olaraq 2018-ci ilin yanvar ayından dekabr ayınadək  Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi elan olunub.

    Birliyin İctimaiyyətlə Əlaqələr üzrə koordinatoru Təhminə Quliyeva bildirib ki, ”Erasmus+ Gənclər Fəaliyyətdə” rəsmi əlaqə mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi)  tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir. “Gələcəyə Körpü” “Erasmus+ (əvvəlki “Youth in Action – Gənclər Fəaliyyətdə”) Proqramına 2007-ci ildən etibarən qoşulub. 2003-cü ildən Avropa Komissiyası tərəfindən maliyyələşdirilən beynəlxalq layihəhələr həyata keçirməyə başlayıb.

    Birliyin sədri Seyur Vəliyev və icraçı direktoru Hüseynxan Hacızadənin iştirak etdiyi 6-9 Fevral, 2018-ci il tarixlərində Belarusiyanın Minsk şəhərində baş tutan Məlumat Mərkəzlərinin görüşündə Mərkəzlərin ötən ildəki fəaliyyətləri, uğurları, müvafiq çətinlikləri nəzərdə keçirilib və gələcək bu ilki planları müzakirə edilib.

    Bu çərçivədə Birlik yerli gənclər və gənclər təşkilatları arasında Rəsmi Əlaqə Mərkəzi olaraq fəaliyyət göstərəcək. Bununlada Azərbaycanda Erasmus+ proqramının imkanları ilə maraqlanan təşkilatlara məsləhətlər verəcək, Azərbaycanın 10 müxtəlif regionunda Erasmus+ Gənclər Proqramı haqqında təqdimat və məlumat xarakterli tədbirlər həyata keçirilməklə Proqram vasitəsilə yerli gənclərə təlim kursları, mübadilə, digər fəaliyyətlər üçün müraciət və  iştirak etməyin yolları, faydaları haqqında məlumat verəcək.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:44

İsmarıclar bağlıdır.