Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,839
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 13Фев

    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərsalma ilə bağlı keçirdiyi görüşdə bu haqda memarlarla müzakirələr aparıb. İcra başçısı bildirib ki, Gəncə şəhərində sıxlığın aradan qaldırılması, yöndəmsiz evlərin sökülməsi məqsədi ilə xüsusi plan hazırlanır.

    Bu plana uyğun olaraq söküləcək evlərin yerində iki bloklu hündür mərtəbəli binalar inşa olunacaq. Binaların alt hissəsində avtomobil dayanacı, bir və ikinci mərtəbələrində alış-veriş mərkəzi, digər mərtəbələrində isə mənzillər yerləşəcək.

    Şəhərin Nizami prospektinin 50 metr enində genişləndirilməsi zamanı yolun eninə uyğun olaraq Gəncəçayın üzərindəki körpü də yenidən qurulacaq. Ümumilikdə 1,5 km məsafədə sıxlığın aradan qaldırılması nəzərdə tutulub. Layihə çərçivəsində Gəncədə sosial təyinatli obyektlər də inşa olunacaq. Şəhər rəhbəri bildirib ki, qədimliyi qoruyub saxlamaqla Gəncənin müasirləşməsinə, gözəlləşməsinə xidmət edəcək layihə çərçivəsində Qəmbər Hüseynli küçəsindən Əttarlar küçəsinədək Nizami prospektinin sağ tərəfində tikiləcək 10 ədəd 9 yüksəkmərtəbəli binanın ən yaxşı layihəsi üçün memarlar arasında müsabiqə elan olunub. Ən yaxşı layihə təqdim edən memara qiymətli mükafat nəzərə tutulub.

    Yeni inşa olunacaq binalarda öncə 150 nəfər evi söküləcək ailələr yerləşdiriləcək. Digər mənzillər isə ipoteka və kredit ilə mənzil sahibi olmaq istəyən vətəndaşlara satılacaq. Yeni layihənin həyata keçirilməsi Gəncədə nəqliyyat tıxacının qarşısının alınmasına da imkan verəcək.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:25

İsmarıclar bağlıdır.