Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,046
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 13Фев

    Elmi Şura təhsil sahəsindəki dövlət siyasətinin reallaşdırılması, təhsil prosesi üzrə ümumi metodiki fəaliyyətin təşkili məqsədi ilə gerçəkləşib. Universitetin rektoru, professor Yusif Yusibov bildirib ki, ali təhsil müəssisəsi 2016-2017-ci tədris ili müddətində bir çox uğurlara imza atıb.

    Bu uğurlar sırasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı əsasında keçirilmiş “İlin peşəkar gənci” müsabiqəsində alman dili kafedrasının müdiri Elvin Atakişiyev fəal iştirak etdiyinə görə 2017-ci ilin peşəkar gənci fəxri fərmanı ilə təltif edilib. Universitetin Tələbə Gənclər Təşkilatı (TGT) 2017-ci il ərzində göstərdiyi xüsusi fəallığa görə respublikanın ali və orta ixtisas məktəbləri arasında 2 universitet və 1 kolleclə birgə “İlin Tələbə Gənclər Təşkilatı” və 2018-ci ildə Gəncə Şəhəri İcra Hakimiyyəti tərəfindən “İlin tələbə gənclər təşkilatı” nominasiyası üzrə mükafatlandırılıb.

    Həmçinin İqtisadiyyat kafedrasının dosenti Xədicə Məmmədova “İqtisad elmləri üzrə fəlsəfə doktoru” diplomu alıb.

    Rektor 2017-ci ildə qazanılmış bütün uğurlara görə universitet kollektivini təbrik edib, Azərbaycan təhsilinin inkişafı naminə onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Çıxış edən gənc müəllimlər ölkədə yaradılan elm və təhsil mühitinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, Azərbaycan təhsilinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaq və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatların və geniş miqyaslı işlərin uğur qazanması üçün öz töhfələrini verəcəklər.

    Sonra Elmi Şurada müvafiq fakültə və şöbələrin hesabatları dinlənilib, fənn proqramlarının hazırlanması, fakültələrarası fəaliyyətin əlaqələndirilməsi müzakirə edilib. Bu il də təlim və tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə açıq dərslərin təşkil edilməsi, analitik monitorinqlərin aparılması barədə göstərişlər verilib.

    Sonda bölmələrin fəaliyyəti haqqında hesabatlar müzakirə edilib və müvafiq qərar qəbul olunub.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:27

İsmarıclar bağlıdır.