Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,314
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 02Мар

    Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Gəncə şəhərində Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə vətəndaşları qəbul edib.

    Kəlbəcər rayon Mədəniyyət Evində keçirilən qəbulda Gəncə, Mingəçevir, Naftalan və Yevlax şəhərlərindən, eləcə də Goranboy, Göygöl, Samux və Xocalı rayonlarından olan vətəndaşlar iştirak ediblər.

    Qəbulda komitə sədri vətəndaşların fikir və təkliflərini dinləyib. Vətəndaşlar əsasən qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı ilə əlaqədar müraciətlər ediblər.

    Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb. Müraciətlərin bir çoxu elə yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

    Qəbula gələn vətəndaşlar yaradılan şəraitdən razılıq edib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:28

İsmarıclar bağlıdır.