Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,939
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 12Мар

     

    Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər həftənin şənbə və bazar günləri “Gəncə Grand Qafqaz” Ticarət Mərkəzində “Novruz Bayramı Yarmarkası- 2018” təşkil edilir. Yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

    Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev “Grand Qafqaz”

     

     

     

    Ticarət Kompleksində  olub, “Novruz Bayramı Yarmarkası”nda qiymətlərlə, o cümlədən məhsulların keyfiyyəti ilə maraqlanıblar.  Onlar  “Grand Qafqaz” Ticarət Kompleksinin bir-birindən yaraşıqlı, geniş və işıqlı mağazalarını gəzib, satıcılar, alış-veriş üçün bura üz tutan səhər sakinləri ilə səmimi söhbətlər aparıblar. Sakinlərdən Adil Quliyev, Esmira Əhmədova, Fizuli İsmayılov  və başqaları rəsmilərlə həmsöhbət olub, yarmarkanın təşkilindən, qiymətlərin sərfəli olmasından razılıq bildiriblər.

    Bildirək ki, təşkil olunan yarmarkada bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarılır. Burada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim edirlər.

    Qeyd edək ki, Gəncə şəhərində “Novruz Bayramı Yarmarkası” hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.

    Yarmarkada təqdim olunan məhsulların qiymət cədvəli: 

     

     

    Un (50 kq)

     

     

    20,60 AZN

     

     

    Un (25 kq)

     

     

    10.60 AZN

     

     

    Un (10 kq)

     

     

    4.40  AZN

     

     

    Un (5 kq)

     

     

    2.30AZN

     

     

    Mal əti (kq-la)

     

     

    8 AZN

     

     

    Qoyun əti (kq-la)

     

     

    9 AZN

     

     

    Yumurta (ədədlə)

     

     

    0.10 AZN

     

     

    Kartof kq

     

     

    0.40 AZN

     

     

    Soğan kq

     

     

    0.30 AZN

     

     

    Makaron (1 kq)

     

     

    0.70 AZN

     

     

    Vermişel (1 kq)

     

     

    0.80 AZN

     

     

    Final çay

     

     

    1.88 AZN

     

     

    Limonad (ədədlə)

     

     

    0.20 AZN

     

     

    Alma (1 kq)

     

    Mandarin (1 kq)

     

     

    1 AZN

     

    1.50 AZN

     

     

    Kolbasa (1 kq)

     

    Sosiska (1 kq)

     

     

    5 AZN

     

    4.70 AZN

     

     

    Bizim Süfrə mayonez (500 q)

     

     

    1.87 AZN

     

     

    Supersun yağ. (1.200 q)

     

     

    5.30 AZN

     

     

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:08

İsmarıclar bağlıdır.