Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,314
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 12Мар

    Bununla bağlı Gəncə Dövlət Dram Teatrında Tuncer Cücenoğlunun “Matryoşka” adlı romantik komediyası teatrsevərlərə təqdim edilib. Tamaşaçılar arasında əsərin müəllifi Tuncer Cücenoğlu və məşhur türk aktyoru Emin Olcay olub.

    Teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov Milli Teatr Günü münasibətilə rəhbərlik etdiyi kollektivi və bütün teatrsevərləri təbrik edib, Azərbaycanda milli teatrın yaranma tarixindən, Gəncə Dövlət Dram Teatrının inkişaf yolundan danışıb. Bu gün ölkəmizdə mədəniyyətə və sənət adamlarına böyük diqqət və qayğı göstərildiyini, paytaxtla yanaşı bölgələrdə yeni teatr binalarının tikildiyini, əsaslı təmir edildiyini və ya yenidən qurulduğunu diqqətə çatdırıb.

    Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, müsiqi tərtibatçısı Tünzalə Mustafayevadır. Tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Sevda Orucova və aktyor Yusif Cəfərov ifa edib.

    Tamaşa anşlaqla keçib.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:10

İsmarıclar bağlıdır.