Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,939
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 12Мар

    Gəncə Dövlət Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçilik, müasir düşüncə, mənəvi varislik” mövzusunda konfrans təşkil olunub. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

    Konfransı açan rektorun baş müşaviri dosent Asif Cavadov bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tarixi hadisədir. Ölkə başçısının bu təşəbbüsü və qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir.

    Asif Cavadov qeyd edib ki qədim tarixə malik Gəncə zəngin elm-təhsil, mədəniyyət mərkəzi olmaqla yanaşı, həm də dünya tarixinin ən demokratik dövlət qurumlarından biri, Türk-Müsəlman şərqində birinci parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olub. Məhz o dövrdə, gərgin beynəlxalq münasibətlər şəraitində Azərbaycan ziyalılarının fədakar siyasi fəaliyyəti ilə AXC öz işinə başlayıb və qısa müddətdə böyük tədbirlər həyata keçirib.

    AXC-nin Gəncədə fəaliyyət göstərdiyi dövrdə Azərbaycan dili dövlət dili elan olunub, Gəncədə ilk dəfə Dövlət bayrağı ucaldılıb. Üzeyir Hacıbəyovun redaktorluğu ilə “Azərbaycan” qəzeti nəşrə başlayıb. Həmin ildə həm də Gəncə şəhərinin tarixi adı özünə qaytarılıb. Milli Şuranın, hökumətin ilk iclasları bu şəhərdə keçirilib, mühüm qanunlar qəbul edilib, taleyüklü qərarlar verilib. Ən əsası isə, məhz Gəncədə Azərbaycan Milli Ordusunun təşkili sahəsində ilk addımlar atılıb. Gəncədəki müsəlman korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırılıb. Hərbi nazirlik təsis edilib, məcburi mükəlləfiyyət elan olunub. Əvvəlcə zabit kadrların hazırlanması üçün qısamüddətli kurslar yaradılıb, sonra isə hərbi məktəb açılıb. Hərbi zavod fəaliyyətə başlayıb. Nəhayət, ilk Azərbaycan alayı formalaşıb. Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya doğru yürüşə başlayıb və erməni-daşnak qüvvələri tərəfindən zəbt olunmuş Azərbaycanın digər şəhərlərini və Bakını işğaldan azad edib. Beləliklə, Gəncədə dirçəlib güc-qüvvə toplayan AXC 1918-ci il sentyanbr ayının 15-də real bir qüvvə kimi Bakıya köçüb.

    Konfranda çıxış edən məruzəçilər tərəfindən qeyd edilib ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırılıb. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verib. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstəririb. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alıb.

    Vurğunaıb ki, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan keçmiş SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şəraitdən bəhrələnərək yenidən öz müstəqilliyinə qovuşub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev bəyan edib ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ulu Öndər cümhuriyyət ideyalarının yaşamasına və təbliğinə böyük önəm verib. Təsadüfi deyil ki, respublikamızda hər il Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi təntənə ilə qeyd olunur.

    Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının birinci qurultayında söylədiyi nitqində xalqımızın müstəqil dövlət qurmasından qürur hissini ifadə edərək vurğulayıb: “Bütün çətinliklər keçib gedəcəkdir, Azərbaycan bir müstəqil dövlət kimi möhkəmlənəcək, dünya birliyində hüquqi dövlət kimi həmişə yaşayacaqdır”. 

    Ulu öndər Heydər Əliyevin illər öncə uzaqgörənliklə söylədiyi bu fikir real həyatda öz təsdiqini tapıb. Ümummilli Liderin qurduğu müstəqil dövlət indi onun davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada tanınan və inkişaf edən ölkələr sırasında layiqli yer tutur. Uğurlu siyasət sayəsində ölkəmizin iqtisadi potensialı, beynəlxalq nüfuzu getdikcə artır. Bu gün müstəqil Azərbaycan bütün dünyada milli mənafeyə əsaslanan qətiyyətli siyasət həyata keçirən ləyaqətli ölkə kimi tanınır.

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:15

İsmarıclar bağlıdır.