Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,939
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Мар

    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri BMT-nin Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO). Əməkdaşlıq əlaqələri çərçivəsində təşkilatın Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Rəhbəri Mələk Çakmak, habelə aparıcı ekspertləri universitetə səfər edərək əməkdaşlıq əlaqələrinin inkişafı üçün böyük imkanların olduğunu qeyd ediblər.

    2018-ci ilin mart ayının 9-da FAO-nun ekoloji təmiz kənd təsərrüfatı üzrə beynəlxalq məsləhətçisi, Türkiyənin Ege Universitetinin professoru Uygun Aksoy və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin layihə meneceri Vüqar Bəşirov ADAU-ya səfər ediblər.

    Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlara universitetdə yaradılmış şərait, əməkdaşlığın perspektiv istiqamətləri barədə danışıb. Görüşdə ekoloji kənd təsərrüfatı, fermerlərin maarifləndirilməsi, tələbələrin xarici ölkələrə təcrübəyə göndərilməsi, Azərbaycanın regionları üzrə potensial kənd təsərrüfatı məhsulları üzrə birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi kimi məsələlər müzakirə olunub.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:48

İsmarıclar bağlıdır.