Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,491
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 09Апр

    “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə müqavilə əsasında təhvil verilən Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində istehsal olunan, pambıqçılıqda istifadə edilən “MTZ 80 X” markalı 150 ədəd və “1221” markalı 120 ədəd traktorlara baxış keçirilib.

    Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında keçirilən tədbirdə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, “Aqrolizinq” ASC-nin, Gəncə Avtomobil Zavodunun və Maşın Sınaq Stansiyasının nümayəndələri iştirak ediblər.

    Traktorların texniki vəziyyətini nəzərdən keçirən nazir müavininə məlumat verilib ki, “Aqrolizinq” ASC tərəfindən təkmilləşdirilmə üçün nəzərdə tutulan bütün dəyişikliklər Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən aparılıb və pambıqçılıq təsərrüfatları üçün nəzərdə tutulan texnikalara qoruyucu şitlər və ağırlaşdırıcı yüklər quraşdırılıb. Azərbaycanın bütün bölgələrinin aqrotexniki vasitələr və traktorlarla təminatının yaxşılaşdırılmasının dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan S.Talıbov gələcəkdə bu işlərin davam etdiriləcəyini qeyd edib: “Bu gün demək olar ki, bölgələrdə kənd təsərrüfatını inkişaf etdirmək üçün bütün növ texnikalar və avadanlıqlar alınıb. Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığımız yenə də davam edir. Gələcəkdə bağçılığın və üzümçülüyün inkişafı istiqamətində aparılacaq işlər çərçivəsində mini traktorların və digər kiçikölçülü kənd təsərrüfatı aqreqatlarının alınması nəzərdə tutulur. Bu gün bölgələrdə fermerlər Gəncədə istehsal olunan texnikaların keyfiyyətindən razılıq edirlər. Qarşıya çıxan hər bir xırda problem dərhal həll olunur”.

    Texnikalara baxışda “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin direktoru Kamran Nəzərov da iştirak ediblər. Söhbət zamanı ikitərəfli əməkdaşlıq, texnikaların təkmilləşdirilməsi, yeni modellərin yığılması və görüləcək işlər barədə məsələlər müzakirə olunub. Gəncə Avtomobil Zavodu İB-nin direktoru Kamran Nəzərov diqqətə çatdırıb ki, 2007-ci ildən etibarən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar və kənd təsərrüfatı texnikaları, asma avadanlıqlar, traktor qoşquları yığılaraq “Aqrolizinq” ASC-yə təhvil verilib. “Bu günədək Gəncə Avtomobil Zavodu İB- də 10 min ədəd müxtəlif markalı traktor yığılıb, onlardan 8466-sı dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə verilib. Bu il “Aqrolizinq” ASC ilə yeni müqavilə imzalamışıq və 1000 traktor və 700 traktor qoşqusu istehsal edərək təhvil verəcəyik. Müəssisəmizdə istehsal olunan kənd təsərrüfatı texnikalarının keyfiyyətinə nəzarət etmək məqsədilə “Aqrolizinq” ASC-nin və Gəncə Avtomobil Zavodu İB-nin mütəxəssislərindən ibarət qrup yaradılıb. Çalışırıq ki, fermerlər və iş adamları müəssisəmizdə istehsal olunan texnikaların keyfiyyətindən məmnun qalsınlar”, – deyə Kamran Nəzərov əlavə edib.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:16

İsmarıclar bağlıdır.