Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,491
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 09Апр

    Müstəqil və demokratiki Azərbaycanın dinamik inkişafının təmin edilməsi, cəmiyyətimizin qarşısında duran vəzifələrin həyata keçirilməsi baxımından son 15 ildə baş verən hadisələrin əhəmiyyəti olduqca böyükdür. Belə ki, bu illər ərzində də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, yüksək beynəlxalq nüfuza malik ölkə olaraq, dünya miqyasında qətiyyətli mövqeyi ilə seçilən dövlətlər sırasında öz yerini möhkəmləndirib.

    Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin Gəncədəki 2 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi YAP razi ilk partiya təşkilatının sədri Mübariz Məmmədov bildirib. O, qeyd edib ki, ümumiyyətlə, dövlət Başçısının 15 illik fəaliyyətinə nəzər yetirəndə bir daha əmin oluruq ki, Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, humanitar mərkəzi statusunu möhkəmləndirməklə yanaşı, qlobal problemlərin həllində və beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda ciddi rol oynayan ölkə olaraq qiymətləndirilir. Ölkəmiz iqtisadiyyat, ordu quruculuğu, daxili və xarici siyasət, sosial siyasət, mədəniyyət, idman sahəsinin inkişafı və s. sahələrin hər birində kifayət qədər böyük nailiyyətlər, ardıcıl uğurlar əldə edib. Bütün bunlar bilavasitə ölkə rəhbərimiz, Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir.

    Azərbaycan xalqı əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun davamına birmənalı dəstəyini göstərməkdədir. İlk növbədə, bu gün heç bir postsovet məkanında Azərbaycanda olduğu qədər xalq-dövlət vəhdətinin, sarsılmaz birliyinin olmadığını xüsusilə qeyd etməliyik. Artıq bu amil özünü daha öncə keçirilmiş prezident seçkilərində kifayət qədər təsdiq edib. Əbəs yerə deyil ki, bütün seçki ərəfələrində Azərbaycan cəmiyyətində ölkənin gələcəyi, onun strateji inkişaf kursu ilə bağlı ciddi fikir ayrılığının olmadığı məhz xalqın rəyi əsasında sübuta yetirilib. Xalq öz Liderini görür, tanıyır, qəbul edir və 11 aprel prezident seçkilərində cənab İlham Əliyevə növbəti dəfə etimad göstərməyə hazırdır

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:20

İsmarıclar bağlıdır.