Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,356
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 10Апр

    Aprelin 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirdiyi Zirvə görüşündə əsl izdiham yaşanıb. Nizami yurdunun 100 minlərlə sakini Ulu öndərin adını daşıyan dünyanın 5 ən böyük parkı sırasına daxil olan Heydər Əliyev Park-Kompleksinin girişində, Azərbaycanın qurtuluşu şərəfinə ucaldılan “Zəfər Tağı”ının qarşısına gələrək YAP-ın namizədi cənab İlham Əliyevə olan sonsuz ehtiram, inam və sədaqətlərini nümayiş etdiriblər.

    Bayram əhval-ruhiyyəli möhtəşəm Zirvə görüşündə seçicilərin izdihamı, gurultulu alqışları, sevincləri, “İlhamla irəli”, ”Sabitliyə və inkişafa səs verək” şüarları gəncəlilərin artıq seçim etdiklərindən xəbər verib.

    Zirvə görüşündə YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin və partiyanın şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək,  YAP-ın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, Gəncədə aparılan abadlıq- quruculuq işlərindən danışıb. Bildirib ki, Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həyata keçirilən siyasi kurs, aparılan islahatlar, yeniliklər vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, onların həyat şəraitinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb.

    Naqif Həmzəyev qeyd edib ki, Gəncə sakinlərinin məhəbbətini ölkə Başçısı cənab İlham Əliyev uzaqgörən siyasəti, xalqa, Vətənə xidmətləri ilə qazanıb. Dövlət Başçısının regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Gəncə ilə bağlı nəzərdə tutulan tədbirlərin uğurlu icrası şəhər əhalisinin sosial rifahının yaxşılaşmasına da müsbət təsir edib. Qədim Gəncə daha sürətli inkişaf edərək Azərbaycanın sənaye, elm, təhsil, mədəniyyət mərkəzlərindən birinə çevrilib. Millət vəkili qədirbilən Gəncə sakinlərini hər zaman olduğu kimi bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak etməyə, xalqımızı nurlu sabahlara aparan Ulu öndərin bəşəri ideyalarını uğurla davam etdirən cənab İlham Əliyevə səs verməyə çağırıb.

    Milli Məclisin deputatlarından  Fəttah Heydərov, İsa Həbibbəyli, Əhliman Əmiraslanov, Fuad Muradov, Rafael Hüseynov, Ziyad Səmədzadə, Gülçöhrə Məmmədova,  Nurlana Əliyeva və  Hadı Rəcəbli çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Başçısı cənab İlham Əliyevin prezidentliyi dövründə ümummilli lider Heydər Əliyevin siyasi kursunun müasir dövrün tələblərinə uyğun formada həyata keçirilməsindən və bunun da nəticəsində müstəqil Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsindən, ölkədə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən söz açıblar.

    Böyük ruh yüksəkliyi ilə keçən Zirvə görüşü respublikanın tanınmış incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda yazılan mahnıların müşayəti ilə davam edib.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 16:47

İsmarıclar bağlıdır.