Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,356
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 16Апр

    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş III Tələbələrarası Məntiq Olimpiadası keçiriləcək.

    Müsabiqəni təşkil etməkdə məqsəd Prezident cənab İlham Əliyevin bu il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamdan irəli gələn bir çox layihələri icra etməklə yanaşı, gənclərə cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, onların arasında maariflənmə işini gücləndirmək, elmi potensialı olan gəncləri bu mövzuda yeni araşdırmalara cəlb etməkdir.

    Kainat Tədris Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən müsabiqədə ali məktəblərin bakalavr səviyyəsinin I – V kurs tələbələri iştirak edə bilərlər.

    Olimpiada 2 turdan ibarətdir. I tur 29 apreldə olimpiada mərkəzlərində, II tur isə 13 mayda Xəzər Universitetində keçiriləcəkdir.

    Tək mərkəz kimi olimpiada region universitetləri arasında UTECA- Azərbaycan Texnologiya Universitetində keçiriləcək.

    Mükafatlar: I yer – Xəzər Universitetində iki illik ödənişsiz MBA təhsili, İPHONE X telefonu, Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində 100% güzəştlə istifadə

    • II-III yerlər – notebook, Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində 100% güzəştlə istifadə

    • IV-V yerlər – planşet, Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində 100% güzəştlə istifadə • VI-X yerlər – planşet, Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində 75% güzəştlə istifadə

    • XI-XX yerlər – ODDA kafesindən iki nəfərlik şam yeməyi, Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində 50% güzəştlə istifadə

    • I turun qaliblərinə – Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində 50% güzəştlə istifadə, Kainat Tədris Mərkəzindən və Veysəloğlu MMC-dən hədiyyə paketi;

    • Bütün iştirakçılara – Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində 20% güzəştlə istifadə

    Son qeydiyyat tarixi: 27 aprel.

    Qeydiyyatdan keçməyə tələsin!

    https://docs.google.com/…/1FAIpQLSe5Feyio85ka-hEna…/viewform

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:12

İsmarıclar bağlıdır.