Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,702
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 24Апр

    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə evinin akt zalında “İnformasiya texnologiyaları sahəsi üzrə karyera imkanları”adlı seminar keçirilib.

    Seminar Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökümət Təlim-Tədris Mərkəzi” MMC ilə birgə təşkil olunub. Seminarda universitetin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov çıxışında son illər universitetdə informasiya texnologiyalarının tətbiqi, kompyuter avadanlıqlarının alınması, yüksək sürətli internetlə təminat, informasiya texnologiyaları üzrə kadr hazırlığı barədə məlumat verib, bütövlükdə əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edib.

    “Elektron Hökümət Təlim-Tədris Mərkəzi” MMC-nin direktoru Rauf Cabbarov seminarın keçirilməsinə göstərdiyi köməyə və əməkdaşlığa şərait yaratdığına görə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova təşəkkürünü bildirib.

    Seminarda mərkəzin əməkdaşları tərəfindən elektron hökümət, onlayn və distant təlimlər, multimedia, tələbələr üçün karyera imkanları və sosial layihələr barədə təqdimatlar verilib, müzakirələr aparılıb.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:38

İsmarıclar bağlıdır.