Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,245
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 10Май

    Hər il onların sıraları seyrəlir. İndi Cəncədə Böyük Vətən müharibəsi iştirakçısı 11 nəfərdir. Arxa cəbhə veteranları isə 70 nəfərdən artıqdır. 9 May Qələbə Günündə döyüş medallarını sinələrinə taxıb Gəncənin Xan bağındakı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı başında Qələbə Gününü qeyd etməyə gələn bu keçmiş döyüşçülər həm birbirləri ilə görüşməyə  fürsət tapırlar.

    Az qala Berlinə qədər piyada döyüş yolu keçmiş döyüşçülər bu gün çətinliklə yerisələr , ürəklərindəki təpər həminkidir. Bu keçmiş döyüşçülər yenə cəsarətə, yenilməzliyə qadir insanlardır. Axı insanı yaşadan həm onun güclü iradəsidir. Qayğını hiss edəndə isə hər kəsin yaşam həvəsi daha da artır.

    9 May faşizm üzərində qələbənin 73- ildönümünə həsr olunmuş tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, veteranlar ictimaiyyətin nümayəndələri toplaşmışdılar. Dövlət Himni səsləndiriləndən sonra İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı önünə əklil qoydu. Yaylım atəşi açıldı. Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında ədəbibədii kompozisiya nümayiş etdirildi. Həmişə olduğu kimi, yenə   icra başçısı keçmiş döyüşçülərlə söhbətləşib qayğıları, problemləri ilə maraqlandı. Ürəklərində qalan xatirələrini dinlədi. Bu isti, mehriban görüş keçmiş döyüşçüləri ruhlandırdı.

    Sonda isə xatirə şəkli çəkdirildi.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:45

İsmarıclar bağlıdır.