Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,702
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 17Май

    Gəncə Dövlət Universitetinin tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını fransız dilində təqdim ediblər.

    Gəncə şəhər İcra Hakimiyyəti və Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Biz gənc beynəlmiləlçilərik” adlı Frankofoniya bayramı keçirilib.

    Gəncə Dövlət Dram Teatrında keçirilən bayram tədbirində universitetin rektoru, professor Yusif Yusibov, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbə kollektivi,valideynlər və ictimaiyyət nümayəndələri, eləcə də Fransa səfirliyinin təmsilçiləri iştirak ediblər.

    Əvvəlcə Azərbaycan və Fransanın dövlət himni səsləndirilib.

    Sonra Frankafoniya bayramının tarixi və əhəmiyyəti haqqında iştirakçılara məlumat verilib. Bildirilib ki, Frankofoniya sözü ilk dəfə 1880-ci illərdə fransız coğrafiyaşünası Onezim Reklü tərəfindən fransız dilində danışan bütün insanları və ölkələri təyin etmək üçün işlədilib. 1970-ci ildə yaradılan Beynəlxalq Frankofoniya təşkilatına 80 dövlət və hökumət daxildir. Onlardan 57-i üzv, 23-ü isə müşahidəçi statusu daşıyır.

    Bayram tədbirində çıxış edən və xoş gün münasibətilə bütün kollektivi təbrik edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Azərbaycan ilə Fransa arasındakı tarixi əlaqələrdən və hazırda hər iki dövlət arasındakı çoxtərəfli münasibətlərin mövcud vəziyyətindən danışıb. O, həmçinin qeyd edib ki, Gəncə Dövlət Universitetində fransız dili ixtisası 1999-cu ildə açılıb. 16 tələbə ilə fəaliyyətə başlayan ixtisas üzrə hazırda 103 tələbə təhsil alır, fransiz dili kafedrasında 12 müəllim çalışır.

    Fransanın Azərbaycandakı səfirliyin mədəniyyət məsələləri üzrə əməkdaşı Jervez Mate bildirib ki, bu gün dünyada 200 milyondan, Azərbaycanda isə 100 mindən artıq insan fransız dilində danışır. Azərbaycan və Fransa arasındakı mövcud ələqələr yüksələn xətt üzrə inkişaf edir. Bu cür tədbirlərin keçirilməsi də bunun bariz nümunəsidir.

    Gəncə Dövlət Universiteti tələbələrinin ifasında fransız milli musiqləri, rəqslər ifa olunub. Sonda dahi bəstəkar Üzeyir Hacıbəliyinin “Arşın mal alan” operettası tələbələr tərəfindən fransız dilində təqdim edilib və alqışlarla qarşılanıb.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:28

İsmarıclar bağlıdır.