Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,491
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 18Май

    İnsanlardan fərqli olaraq təbiət dönədönə öz gəncliyinə qayıda bilir. Möhtəşəm quruculuğunun şahidi olduğumuz Hacıkəndin timsalında bunu bir daha görmək olar. Çünki bu işin təməlində qadir insanın əməli durur.

    Təbiəti etibarilə qurucu olan, öz vətəndaşına, onun firavanlığına daim qayğı göstərən Prezident cənab İlham Əliyevin tapşırıq tövsiyələrinin uğurlu həllinə nail ola bilən şəhər rəhbərliyi Hacıkəndin əvvəlki şöhrətini qaytarmaq üçün böyük quruculuq işlərinin həyata keçirilməsinə nail olabilib. Belə ki, qısa vaxtda qəsəbədə kommunal infrastrukturqaz, işıq, su rabitə xətləri yenidən qurulub. İşıqlandırma sistemi qaydaya salınıb. Səkilər yenilənib, bərpa olunub. Torpaq sürüşməsinin qarşısını almaq üçün 6 kilometr məsafədə istinad divarları hörülüb. Sel suları təhlükə yarada biləcək yerlərdə iri diametrli borular quraşdırılıb. Özü bu işlər həyata keçirilərkən gözəllik, estetik görkəm önə çəkilib. İnşa edilən divarların üzləri aqlay təbii qaya daşları ilə üzlənib. Qəsəbə başdanbaşa qazlaşdırılıb. Aşınmaya məruz qalıb sıradan çıxan su qıtlığı yaradan borular plastik borularla əvəzlənib. Lazım gələn yerlərdə yol kənarlarında beton pilitələrlə suötürücü kanallar çəkilib. Açıq elektrik naqilləri bağlı sipkabellərlə əvəzlənib. Böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin adını daşıyan parkla fəxr etməyə dəyər. Qəsəbədəki 35 saylı orta məktəb müasir standartlara uyğun təmir edilərək müəllim şagird kollektivinin ixtiyarına verilib. Hacıkənddə şəhər Mərkəzi Kitabxana Sisteminin 17 saylı filialının yeni açılışı olub.

    Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin direktoru Elmira Əliyeva bildirib ki, 1956- ildən fəaliyyət göstərən 17 saylı filialın 14 368 kitab fondu var. Oxucular burada Azərbaycan dilində olan nəşrlərlə yanaşı, xarici yazarların əsərlərini tapa bilərlər. Kitabxananın fondundan qəsəbə sakinləri ilə yanaşı, bura gələn yerli xarici turistlər faydalanır ki, bu da yay aylarında oxucu sayının artmasına səbəb olur

    Mərkəzi Kitabxana Sisteminin 17 saylı filial binasının açılışında iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, Hacıkənd qəsəbəsində aparılan abadlıqquruculuq işləri davam etdiriləcək. Burada olan Qubernator dəftərxanası, Qubernator Forer qardaşlarının evlərinin təmiri yaxın vaxtlarda yekunlaşacaq. ƏrazidəNizami Gəncəvinin sələfləri xələfləriparkı salınıb. Yeni inşa olunan otel kompleksində son tamamlama işləri gedir.

    Hacıkənd qəsəbə sakinlərinin müraciətlərini dinləyən Elmar Vəliyev bildirib ki, otelin istifadəyə verilməsi qəsəbənin turizm imkanlarını artırmaqla yanaşı, yeni yerlərinin açılmasına da xidmət edəcəkdir.

    Hacıkənddə aparılan abadlıqquruculuq işlərinə görə dövlət başçısı şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirən sakinlər bir sıra təkliflərlə çıxış ediblər. Müraciətlər əsasında GəncəHacıkənd marşrut xəttinin açılması, qəsəbədə olan tibb məntəqəsinin təmiri, ərazidə yeni ATMlərin quraşdırılması istiqamətində lazımi qurum təşkilatlara müvafiq göstərişlər verilib.

    İcra başçısı Elmar Vəliyevin daha bir görüşü həm Hacıkəndin quruculuğuna təkan verən tapşırıq tövsiyələrlə zənginləşib, həm sakinlərin müraciət problemləri öz həllini tapıb.

    «Gəncənin səsi»

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:40

İsmarıclar bağlıdır.