Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,491
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 18Май

    Ölkə Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018”, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgilərində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin müxtəlif modifikasiyalı məhsulları ilə yaxından tanış olub.

    İstehsalat Birliyi Azərbaycan və xarici bazarda böyük nüfuz qazanan Belarus traktorları, MAZ və KAMAZ yük avtomobilləri, avtomobil kranları, müxtəlif təyinatlı qoşqular, ekskavatorlar, xüsusi traktorlar və digər məhsulları ilə sərgidə iştirak edib.

    Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin iki zalında və kompleksin açıq platformasında yerləşən sərgilərə dünyanın 34 ölkəsindən 402 şirkət qatılıb və bu şirkətlərin 70 faizini xarici, 30 faizini isə yerli istehsalçı və distribütorlar təşkil edir. Bu ölkələrin ticarət və sənaye palatalarının dəstəyi ilə şirkətlərin böyük milli qruplar ilə iştirakı sərginin vizit kartına çevrilib. Bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 12 milli və regional qrup iştirak edir.

    Xatırladaq ki, sərgi davam edir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:46

İsmarıclar bağlıdır.