Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 21Май

    “İrəli” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN) maliyyə dəstəyi ilə “Marş İrəli” layihəsinə başlayıb.

    Ölkədə hər zaman vətənpərvərlik şüarı ilklərdən olub. Azərbaycan gənci güclü vətənpərvərlik ruhu ilə yetişir.  Bütün bunları nəzərə alaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirtməyi qərara alıb.

    Layihənin əsas məqsədi  gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında aktiv iştirakı, sağlam düşüncəli, rəqabətə davamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla ölkə gənclər siyasətinə töhfə verməkdən ibarətdir.

     “MARŞ İRƏ” – ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət  məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir. Layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş aralığında 200 nəfər iştirak haqqı qazanacaqdır. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaçacaq, fiziki dözümlülüyü artacaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlarda, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcəkdir.

    Vətənə xidmət yalnız səngərdə xidmət etməkdən ibarət deyil, məhz bu səbəbdən ali təhsil müəssisələrinin ilkin pillələrində təhsil alan gənclərin, o cümlədən, xanım iştirakçıların da layihəyə cəlb edilməsi prioritet olaraq götürülüb. Bu gün, ölkəsini beynəlxalq arenada təmsil edən, ölkə maraqlarını qoruya bilən, təhsilini uğurla başa vurub ölkənin potensial insan kapitalına çevrilən hər bir şəxs cinsiyyətindən asılı olmayaraq vətəninə sədaqətlə xidmət etmiş hesab olunur. Məhz bu timsalda olan gənclərin hərtərərfli formalaşdırılması və xidmətə hazırlanması da layihənin hədəf məqsədlərindən biridir.

    Son müraciət tarixi: 25.05.2018 saat 18:00
    T
    ərəfdaşlar: Gənclər və İdman Nazirliyi
    Layih
    ənin keçirilmə məkanı: Qax, Azərbaycan
    Layih
    ənin keçiriləcəyi tarix : 30 iyun – 5 iyul 2018-ci il
    F
    əaliyyət Növü: Düşərgə (Çadır)

    İştirakçıların seçim meyarı :

    Yaş məhdudiyyəti : 17-25 yaş
    – Layih
    ədə iştirak üçün yüksək motivasiyası olmalı
    – Layih
    ə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli
    – Ekstremal ş
    əraitdə qalmağa hazır olmalı (çadır şəraiti)
    – Müt
    əmadi xəstəliyi olmamalı

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:33

İsmarıclar bağlıdır.