Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,702
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 13Июн

    Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsi çərçivəsində “Loqos” un Gəncə filialına ekskursiya təşkil edilib.

    Ekskursiyaya “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva, “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün və media layihəsinin iştirakçıları qoşulub. 

    Səfər çərçivəsində media nümayəndələri əvvəlcə “Loqos”un Gəncə filialı və “Loqos” Erkən İnkişaf Təlim Mərkəzi ilə tanış olublar. “Loqos”un Gəncə filialının baş psixoloqu Lyudmila Mansurova geniş məlumat verib. Natiq “Loqos” Gəncə filialının gördüyü işlər, həyata keçirdiyi layihələri ətraflı şəkildə diqqətə çatdırıb. 

    Nahar fasiləsindən sonra media nümayəndələri üçün Gəncə Erkən İnkişaf Təlim Mərkəzinin baş psixoloqu Taciyə Mehdisoy tərəfindən “Şüuraltımız nə istəyir” adlı təlim aparılıb və jurnalistlərin mövzu üzrə sualları cavablandırılıb. O cümlədən, “Loqos” Erkən İnkişaf Təlim Mərkəzinin həyətində “İnsan hekayəsi” adlı praktik qrup terapiyası keçirilib. 

    Təlimlərdən sonra media nümayəndələri Qədim Gəncə şəhərinə ekskursiya edərək, Şeyx Nizami məqbərəsini ziyarət ediblər. 

    “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsi çərçivəsində Gəncəyə edilən səfər xoş anlarla başa çatıb.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:55

İsmarıclar bağlıdır.