Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,314
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 13Июн

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar 22 may 2018-ci il tarixli Sərəncam imzalamışdır.

    Akademik Cəlal Əliyev biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyən etmiş və onun aktual problemrərinin həllinə samballı töhfələr vermişdir. Ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri olmuşdur. O, ömrünün böyük bir hissəsini Azərbaycanda dənli-taxıl bitkilərinin yeni sort və hibridlərinin yarandılmasına da həsr etmişdir.

    Bu nöqteyi nəzərdən Azərbaycan Dövlət Aqrar Universiteti də akademikin 90 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlamış və tədbirlər planına uyğun olaraq, aqronomluq fakültəsinin “Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyası”nda professor müəllim heyəti, tələbələr və bölgənin bir sıra fermerləri ilə auditoriyada və taxıllar üzrə nümayiş sahəsində tarla günü keçirmişdir.

    Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, dosent Aynur Həsənova, Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasının müdiri, dosent Firuddin Qurbanov, biologiya kafedrasıının müdiri professor Zaur Hümbətov, aqronomluq fakültəsinin 3-ci kurs tələbəsi Nurlan Qədirov, taxılçılıqla məşğul olan fermer Fikrət Verdiyev və digərləri çıxış edərək, akademik Cəlal Əliyevin biologiya, eləcə də aqrar elmə verdiyi töhfələrdən danışıblar.

    Sonda qonaqlar ADAU-nun taxıllar üzrə nümayiş sahəsi ilə tanış olublar.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:58

İsmarıclar bağlıdır.