Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,491
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 14Июн

    Gəncənin tarixində 7 ilin möcüzəsi var və həmin möcüzələr; yeni salınmış qəsəbələr, bənzərsiz muzeylər, gözəl görkəmli binalar, ən mahir rəssam tablosundan da ecazkarlığına görə seçilən yaşıllıqlar, parklar, bağlar, xiyabanlar, ən müasir infrastruktur, nümunəvi ticarət mərkəzləri, geniş yol, rahat səki, əlverişli nəqliyyat növləri insanlara könül rahatlığı, sevinc, onu yaradanlara minnətdarlıq hissi bəxş edir.

    2011-ci ildən başlayaraq Gəncənin ömür tarixinə şərəf gətirəcək yüzlərlə möhtəşəm layihə həyata keçirilib, genişmiqyaslı yenidənqurma və abadlıq işləri yazılıb. Elə həmin tarixə imza atan ilklərdə çoxdur.

    İlkdəfəGəncədə 800-dən artıq binanın dam örtüyü dəyişdirildi. Fasadları ən müasir görkəmə salındı. Pasportlaşdırılan 150 abidə tariximizin müxtəlif dövrlərinə bələdçilik etmək səlahiyyəti qazandı.

    İlkdəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 5 qəsəbə yaradıldı; Cavad xan, Məhsəti, Natəvan, Sadıllı, Şeyxzamanlı qəsəbələri.

    İlkdəfə təkcə bir ildə 5 muzeyin qırmızı lenti kəsildi.

    İlkdəfə açıq səmada muzey – Cavad xan küçəsi ərsəyə gəldi.

    İlkdəfə uzunluğu 12 kilometrlik bir prospekt – Nizami Gəncəvi prospekti gözəlliyə qərq edildi.

    İlkdəfə olaraq şəhid və Milli Qəhrəmanlarımızın adının əbədiləşdirilməsi məqsədilə 332 küçəyə bu igid övladlarımızın adı verildi.

    İlkdəfə şəhər qəzetləri olan «Gəncənin səsi» və «Novosti Qyandji» qəzetləri yüksək çap üsulu ilə, həm də rəngli nəşr olundu. Hər iki redaksiyanın əməkdaşları üçün hər cür şərait yaradıldı.

    İlkdəfə Gəncənin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq 1,8 hektarı əhatə edən ərazidə Avropa Gənclər Paytaxtı parkı salındı.

    İlkdəfə Gəncəçayın sahilində gözəlliyi göz oxşayan bulvar salındı.

     

    İlkdəfə Gəncə MDB-nin Mədəniyyət Paytaxtı oldu.

    İlkdəfə ölkəmizdə gənclərin iştirakı ilə flaş-mob – ulu öndərin canlı portreti, imzası yaradıldı.

    İlkdəfə 51 şəhər və rayonun iştirak etdiyi seçimlərdə Gəncə Gənclər Paytaxtı müsabiqəsinin lideri oldu.

    İlkdəfə  Gəncə 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçildi.

    İlkdəfə  Qafqazın ən böyük Filarmoniyası Gəncədə fəaliyyətə başladı.

    İlkdəfə yeni istifadəyə verilmiş «Gəncə Mall» ticarət mərkəzində dünyanın tanınmış brendlərinin məhsulları təqdim olundu.

    İlkdəfə 5 min nəfəri yeni iş yeri ilə təmin edən ümumi ərazisi 20 hektar olan, Qafqazda yeganə ticarət mərkəzi «Qrand Qafqaz» istifadəyə verildi. 

    Özünü həmişə möhtərəm Prezident cənab İlham Əliyevin əsgəri adlandıran Gəncənin icra başçısı Elmar Vəliyev ilkdəfəolaraq dünyanın 20 ölkəsinə yayımlanan və baş ofisi Londonda yerləşən mötəbər «The Business Year» jurnalının təsis etdiyi «İlin icra başçısı» mükafatına layiq görüldü. 

    Ən nəhayət, görülən möhtəşəm işlərin məntiqi nəticəsi kimi Gəncənin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görəilkdəfəGəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olundu. Digər təltif olunan 37 nəfərin sırasında elm, mədəniyyət, təhsil, səhiyyə və KİV nümayəndələri də vardır. Bu da Gəncənin tarixində bir ilkdir.

    Gəncənin ən müasir tarixinin şərəfli səhifəsini ulu öndər başlasa da, onu uğurla davam etdirən, bu qədim və həmişəcavan şəhərdən diqqət və qayğısını əsirgəməyən, ən uğurlu layihələrin həyata keçirilməsinə xeyir-dua verən ölkə başçısı cənab İlham Əliyevə minnətdarıq.

    Rəfiqə Sadıqova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:45

İsmarıclar bağlıdır.