Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,356
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 12Июл

    Yaxud danışanda, bir iş görəndə ədalətli və vicdanlı olmalıyıq

     

    Dünyada, yaxud ölkədə baş verən hər hansı hadisə barədə müxtəlif mənbələrdən məlumat alır, sonra onunla bağlı şəxsi fikrimizi və mövqeyimizi müəyyənləşdiririk. Aldığımız informasiyanın nə dərəcədə həqiqətə uyğunluğundan və özümüzün təhlil bacarığımızdan, təcrübəmizdən asılı olaraq mövqeyimiz obyektiv, yaxud qeyri-dəqiq ola bilər. 
    Gənclər isə adətən hadisələrə ağlın gözündən çox, emosiyalarla baxır, “kütlə psixologiyası” anlamından qiymət verirlər. Sosial şəbəkənin mövcudluğu və həmin şəbəkədə konkret hədəfli, xüsusi hazırlıqlı və müəyyən niyyətli “informator”ların mövcudluğu şəraitində insanları aldadaraq yanlış yola salmaq xeyli asanlaşıb.

     

    Enerji qəzası və terror aktı

     

    İyul ayının əvvəllərindən bəri Azərbaycanda iki qeyri-adi hadisə baş verdi. Əvvəlcə Mingəçevir İstilik Elektrik Stansiyasındakı qəza ilə əlaqədar ölkədə enerji böhranı yaşandı, nəticədə insanlar istilik, susuzluq, nəqliyyat çətinliyi problemləri ilə üzləşdilər, əziyyət çəkdilər. Sonra isə Gəncədə yüksək ranqlı dövlət məmuruna qarşı terror aktı törədildi.
    Hər ikisi gözlənilməz və Azərbaycan üçün qeyri-xarakterik haldır!
    Hər ikisinə dövlətin müdaxiləsi operativ və səriştəli oldu!
    Yaranan enerji qıtlığı ilə bağlı hadisəni dövlət başçısı cənab İlham Əliyev dərhal şəxsi nəzarətinə götürdü, Dövlət Komissiyası yaradıldı, çətinliklərin qısa müddətdə aradan qaldırılması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər görüldü. Öncə qonşu dövlətlərdən enerji idxalına başlandı, eyni zamanda istehsal müəssisələrinin fəaliyyətinin, əhaliyə su verilişinin və nəqliyyat (metro nəzərdə tutulur) çatışmazlığının qaydaya salınması üçün zəruri, effektli addımlar atıldı.
    Ölkə Prezidenti Dövlət Komissiyasının təcili iclasını keçirərək baş verən olayı ən sərt və obyektiv şəkildə qiymətləndirdi, müvafiq tapşırıqlar və göstərişlər verdi. Xalqa çətin vəziyyətdə göstərdiyi səbrə və dözümə, daim dövlətinin yanında olmasına görə təşəkkürünü bildirdi.
    İqtidarla xalqın bu birliyi yaranmış problemi qısa müddətdə aradan qaldırmaqda, vəziyyəti qaydaya salmaqda əsas amil oldu!
    Ardınca Gəncədə icra başçısına qarşı terror aktı həyata keçirildi.

     

    Sabitliyi pozmaq cəhdi Gəncəyə yönəldildi

     

    Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. 
    Gəncə istiqlalımızın doğulduğu, “Azərbaycan” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü şəhərdir.
    Gəncə ziyalılar, ölkəmizə görkəmli ictimai-siyasi xadimlər, yazıçı və şairlər bəxş etmiş şəhərdir.
    Gəncə mədəniyyət, elm ocaqlarının gur yandığı şəhərdir.
    Gəncə vətənpərvərlər, dövlətə və dövlətçiliyə sadiq, fədakar insanların yaşadığı şəhərdir!
    Gəncə həmişə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi və daim qayğı göstərdiyi şəhərdir.
    Müstəqillik dövründə, xüsusən son 15 ildə Gəncə görünməmiş sürətlə inkişaf edib, dünyada mədəniyyət, idman, gənclər mərkəzlərindən biri kimi tanınmağa başlayıb.
    Əlbəttə, bunu gözü götürməyənlər də çoxdur!
    Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyənlər də, onu asılı dövlətə çevirməyə çalışanlar da kifayət qədərdir. Odur ki, onlar yaranan hər cüzi imkandan belə öz məkrli niyyətlərini həyata keçirmək üçün istifadə etməyə can atırlar!
    İcra başçısından, yaxud hər hansı ranqlı məmurdan kimlərinsə narazı olması mümkün və adi haldır!
    Heç bizim heç birimizdən də hamı razı deyil, yaxud hamının bizi sevməsi vacib sayılmır!
    Gəncədə Elmar Vəliyevə güllə atılmalı deyildi!
    Əfsus ki, bu, baş verdi!
    Əfsus ki, heç bir dövlət terror hadisələrindən sığortalanmayıb!
    Olana çarə yoxdur — demişlər!
    Ancaq düşmənlərimiz bu məqamdan yararlanmaq istəyirlər! Onlar enerji böhranı ilə əlaqədar ölkə paytaxtında iğtişaşlar törətməyə nail ola bilmədilər! Odur ki, ikinci faktdan, terror hadisəsindən istifadə edərək bu niyyətlərini Gəncədə reallaşdırmağa can atdılar!
    Şəhərdə iğtişaşlar törədərək sabitliyimizi və birliyimizi bir daha sınağa çəkdilər.

     

    Polisə əl qaldırmaq bağışlanmaz cinayətdir

     

    Biz torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələnən müharibədən keçmişik və hələlik atəşkəs dövründə yaşayırıq!
    Biz xaos və anarxiyanın nə olduğunu, sabitliyin pozulmasının dövlətə və xalqa hansı zərbələr vurduğunu, nə ilə nəticələndiyini hələ unutmamışıq!
    Hamımız çox yaxşı bilirik: müstəqil Azərbaycan üçün ən vacibi sabitlikdir!
    Çünki:

    * Dövlətimizin durmadan inkişaf etməsi üçün bizə sabitlik lazımdır!
    * Müstəqilliyimizin qorunub saxlanılması üçün bizə sabitlik lazımdır!
    * Rifahımızın daha da yüksəlməsi, iqtisadiyyatımızın güclənməsi üçün bizə sabitlik lazımdır!
    * Övladlarımızın salamat böyüyüb yaxşı təhsil alması, cəmiyyətdə özlərinə layiqli yer tutması üçün bizə sabitlik lazımdır!
    * Gənclərin həyatdan nakam getməməsi, qocaların rahat yaşaması üçün bizə sabitlik lazımdır!
    * Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini uğurla həll etmək, ərazi bütövlüyünə nail olmaq üçün bizə sabitlik lazımdır!

    Bunu hər birimiz bilirik!
    Odur ki, ölkə daxilindəki sabitliyi hər birimiz və birlikdə hamımız qorumalıyıq!
    Qoruyuruq və qoruyacağıq da!
    Biz keçmişdən ibrət dərsi götürdüyümüz üçün heç bir məkrli qüvvəyə, ölkədə yaşayaraq hər hansı formada məqam gözləyən ünsürlərə sabitliyi pozmaq imkanı verməyəcəyik!
    Sabitliyi qoruyanların önündə Azərbaycan polisi gedir!
    Vətənpərvər, peşəkar, mərd və qorxmaz Azərbaycan polisi!
    Biz Azərbaycan polisinin qeyrət və şücaətini, igidliyini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk günlərdən görmüşük!
    Düşmən qarşısına çıxan ilk igidlərimiz məhz Azərbaycan polisi oldu!
    Sonadək cəsarət və mərdliklə döyüşdülər!
    Şəhid getdilər, amma düşmən qarşısından geri çəkilmədilər!
    Təsadüfi deyil ki, ilk Milli qəhrəmanlarımız məhz Azərbaycan polisi sıralarından çıxıb!
    Polis vətənin övladıdır!
    Polis hər birimizin balasıdır!
    Polis bizim asayişimizi, təhlükəsizliyimizi, əmin-amanlığımızı gecə-gündüz qoruyan fədakar insandır!
    Polis hər an hər bir Azərbaycan vətəndaşının həyatını qorumaq üçün əli silahlı cinayətkarın üzərinə şığıyan, bu halda öz həyatı barədə düşünməyən qəhrəmandır!
    Polisi sevmək azdır, onun qədrini bilməyi və qorumağı da bacarmalıyıq!
    İyulun 10-da Gəncədə sabitliyi qorumaq üçün xidməti vəzifələrini, daha çox vətəndaşlıq borcunu yerinə yetirən iki polis zabiti — Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov şəhid olublar.
    Hər ikisi əsl Azərbaycan polisi, mərd və qorxmaz zabit idi!
    Hər ikisi dövlətə və dövlətçiliyə axıradək sadiq vətəndaş sayılırdı!
    Hər ikisi gəncəlilərin hörmət və məhəbbətini qazanmışdı, obyektiv, ədalətli və xeyirxah insan kimi tanınırdı!
    Əlləri qurusun onlara qıyanların!
    Onlara əl qaldıranlara nə gəncəli demək olar, nə də azərbaycanlı!
    Polisə əl qaldırmaq dövlətə əl qaldırmaq deməkdir!
    Canilər hökmən tapılacaq, ədalət məhkəməsi qarşısında cavab verəcəklər — buna əminik!
    Amma bu iki mərd insanı bir daha geri qaytara bilməyəcəyik!
    Sabitliyin pozulmasına, bir vaxtlar Gəncənin də əziyyət və ziyan çəkdiyi xaos və anarxiyanın geri qayıtmasına isə heç zaman yol verməyəcəyik!
    Çünki dövlətimiz çox güclüdür!
    Çünki xalqımız sabitliyin pozulmasını istəmir!
    Çünki gəncəlilər də buna yol verməzlər!

     

    Bu sınaq Azərbaycanı daha da gücləndirdi

     

    Mənfur niyyətlər, düşmən qəsdləri heç zaman baş tutmayacaq!
    Bu da bir sınaq oldu, növbəti sınaq!
    Hər sınaqdan üzüağ çıxan müstəqil Azərbaycan daha da güclənir və mətinləşir, düşmənlərinin isə sayı azalır və azaldılır!
    Allah qəhrəman polislərimizə rəhmət etsin!
    Onların həyatlarını qurban verdikləri sabitlik, əmin-amanlıq və inkişaf daim müstəqil Azərbaycanın yol yoldaşı olacaqdır!

     

    Bəxtiyar SADIQOV

     

     

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:23

İsmarıclar bağlıdır.