Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,939
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 09Авг

    Gəncənin 8 məktəbinin 52 pedaqoqu Təhsil Nazirliyinin təşkil etdiyi kurslara cəlb olunub. “Məktəbə hazırlıq qruplarının təşkili və metodikası” adlı kurslar iki növbədə keçirilir və bir həftə davam edir. Kurslarda məktəbə hazırlıq qruplarında dərs keçəcək müəllimlər iştirak edirlər.

    Burada ibtidai sinif müəllimlərinə fiziki inkişaf, idrak, uşaqların estetik duyumu və uşaqlarla unsiyyətin yolları izah edilir.

    Təlimçi Vəfa Cəfərova deyir ki, biz bu kurslarda ibtidai sinif müəllimlərinə uşaqlarla daha rahat ünsiyyət qurmağın yollarını öyrədirik. Çünki bu müəllimlərin əsas məqsədi uşaqları məktəbə uyğunlaşdırmaq, onları birinci sinfə hazırlamaq, həmyaşıdları vəəllimlələri ilə dostlaşmalarına kömək etməkdir. Bununla yanaşı təbii ki, uşaqlarda yazı və oxu qabiliyyətlərinin artırılması, musiqi duyumunun formalaşdırılması istiqamətində də iş aparılmalıdır.

    Umumiliklə 140 müəllim üçün nəzərdə tutulan kurslar avqustun sonuna kimi davam edəcək. Kursu bitirən və Təhsil Nazirliyinin təşkil edəcəyi imtahandan keçən müəllimlərə sertifikatlar veriləcək.

    VİDEO: http://www.kepeztv.az/news/id/26105

    Yeganə Qurbanova 

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:45

İsmarıclar bağlıdır.