Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,702
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 09Авг

    Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə şəhər 3 saylı Poliklinikada “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə FHN-in Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları da iştirak edib.

    "GanjaNews.Az"ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, toplantının keçirilməsində məqsəd müəssisənin kollektivinə təbii və texnogen məəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.

    Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti”, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunub.

    Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:48

İsmarıclar bağlıdır.