Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,839
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 08Апр

    Tuğçu

    Bu məhəllə el arasında Toyuqçu kimi tanınır

     

    XIX əsrdə Tuğçu məhəlləsinə aid olan küçə və dalanlar bugünkü Nizami prospektinin Atatürk prospekti ilə kəsişməsindən başlayıb, Şəddadilər küçəsi ilə kəsişməsində qurtarır. Məhəlləyə Nizami küçəsinin IIIIIVVIVIII XII dalanları, Qənbər Hüseynli küçəsinə qədər olan hissəsi, Şəddadilər küçəsinin N.Usubbəyov küçəsinin kəsişdiyi yerdən "Tuğçu" məscidinə qədər olan hissəsi aiddir.
    Məhəllə XIX əsrin sonuXX əsrin əvvəllərində Gəncənin ziyalılar məhəlləsi kimi tanınırdı. Məhəllənin adlısanlı nümayəndələrindən Zeynalabdin Məşədi Məmməd oğlu, Rüstəm ağa Cəfər oğlu, Cəlil Hacı Məmməd oğlu, Məmmədəli Məşədi Əsgər oğlu, Haqverdi Məşədi Cabbar oğlu bir çoxlarının adını çəkmək olar.
    1804- ilin may ayında məhəllədə 43 ev olub. Bu evlərdə 134 nəfər yaşayıb. 1916- il məlumatına görə isə məhəllədə 960 ailə yaşayıb.
    Məhəlləyə aid olan Nizami prospekti, VIII dalan, 13 saylı evdə Haqverdilər ailəsi yaşayırdı. Ev bişmiş kərpicdən tikilib.
    III dalan, 5 saylı ev Hacı Yaqub Baratzadənindir. Bu mülk bu gün Gəncədə olan qədim evlərin ən gözəlidir. Deyilənə görə, evin memarı Abuzər bəy Rzayev olub.
    Nizami prospekti, 129 saylı ev İsrafıl bəy Məhəmmədnəbi oğlu İsrafılbəylinindir. O, İkinci Dünya müharibəsinin iştirakçısı olub.
    Nizami küçəsi, 68 saylı bina məhəllənin sayılıbseçilən kişilərindən olan  Məşədi Kazıma qardaşı / Əyyuba məxsus idi. Hazırda bu mülk 1 nömrəli musiqi məktəbidir.
    Nizami küçəsinin Qənbər Hüseynli küçəsi ilə kəsişdiyi yerdə olan bağ Tuğçu məhəlləsinin qəbiristanlığı olub. Oradakı türbə Hacı Mir Bağır ağanındır (1855- 1920). Gəncə üsyanı yatırıldıqdan sonra şəhərdə ciddi axtarışlar həbslər başlayır. Camaat evindən çölə çıxa bilmir. Ağa zöhr namazı vaxtı evinin damına çıxıb azan verib, məhəllənin sakinlərini namaza dəvət edir. Bu zaman şəhərdə gəzən silahlı patrul, yanındakı erməni dilmancdan bu qocanın evin üstünə cıxıb çığırmasının səbəbini soruşur. Dilmanc seyidin xalqı ibadətə dəvət etdiyini bildiyi halda patrula bildirir ki, qoca əhalini üsyan edib rusları qırmağa çağırır. Bu fitnəyə inanan rus seyidi güllələyir. Mərhumu məhəllə qəbiristanlığında dəfn edirlər. Oğlu Mir Qutbiddin 16 yaşında ikən həbs olunur. Onu Gəncə həbsxanasının rəisi erməni Atarbekov qılıncla öldürür. Bu hadisədən sonra onların ailəsi İrana mühacirət edir.
    Hacı Ağəli Hacı Rza oğlu XIX əsrin ortalarında Gəncədə ən zəngin şəxslərdən sayılırdı. Onun şəxsi dəyirmanı, əkin yeri, malqara sürüləri var idi. Oğlu Hacı Usuf (1886-1933) xeyirxahlığı, səxavəti ilə Gəncədə ad qazanıbmış. Qənbər Hüseynli küçəsində yerləşən evinin həyətində xidmətçiləri üçün  ayrıca  yaşayış  yeri  tikdiribmiş. Mərhum Hacı Usufun Atatürk prospektində tikdirdiyi 245 nömrəli ikimərtəbəli ev indi qalır. Bir zamanlar Göygöl rayonunda yerləşən ikimərtəbəli "Göygöl" pioner düşərgəsi Hacının yay istirahət evi olub. Onun Qənbər Hüseynli küçəsindəki evi bolşeviklər tərəfındən müsadirə edilib, əvvəl Yanğından Mühafızə İdarəsi, sonra Kirov adına Kənd Təsərrüfatı Texnikumu olub. Əllinci illərdən bu günə kimi uşaq bağçası kimi fəaliyyət göstərir.
    Mərhum Hacı Usuf 1933- ildə 47 yaşında rəhmətə gedib, Səbizkar qəbiristanlığında ailə türbəsində dəfn olunub. Yeganə oğlu Zahid 1913- ildə dünyaya gəlib. O, Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb 1 avqust 1981-ci ildə vəfat edib.
    Nizami küçəsi, 86 nömrəli ev dövrünün tanınmış inşaatçımühəndisi Abuzər bəy Rzayevindir (1877-?). O, 30 iyun 1906- ildə yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin təftiş komissiyasının üzvü olmaqla bərabər ayda beş manat ödəməklə cəmiyyətin həqiqi üzvü seçilmişdi. Elmi sevən, maarifpərvər Abuzər bəy Rzayevin "Qacarlar" məhəlləsində elektrik dəyirmanı, əkin yeri olub. Onun bir evi Atatürk prospektindədir. Hazırda bu bina Azərbaycan Dövlət Aqrar Universitetinin elektron kitabxanası kimi fəaliyyət göstərir. Abuzər bəy 1920-ci ildə Türkiyəyə mühacirət etmişdir.
    Tuğçu məhəlləsində Şeyxzamanlılar nəslinin nümayəndələri yaşayıblar. XX əsrin əvvəllərində Bakıda "Səda" mətbəəsində çalışan şair Əli Şövqi (1880-1924) şeyx Muxtar oğlu Şeyxzamanlı bu məhəllənin sakini idi. Onun məhəbbət satirik şeirləri sağlığında müxtəlif qəzet dərgilərdə çap olunurdu.
    Tanınmış xeyriyyəçi, poliqlot, Gəncə şəhər bələdiyyəsinin sədri Əsgər ağa Adıgözəlov (Gorani) (1857-1910) bu məhəllədə şəxsi vəsaiti hesabına qız məktəbi açdırmışdı.
    Şeyx İbrahim Qüdsi Gəncəvi (1815-1865) şeyx Həsən oğlu Gəncə şairlərinin məşhurlarındandır. Ərəbcə farsca yaxşı biliyi var imiş müqtədir türk şairlərindən birisi hesab olunur. Mərhum sağlığında "Naseh", "Qüdsi", "Şeyx" təxəllüsü ilə şeirlər yazarmış. Şeirlərdən əlavə "Tariximüqəddəsi" kitabını Gəncənin tarixini yazıb həmin kitabı general Lazarevə təqdim edib. Şeyx İbrahim Gəncə şəhər gimnaziyasında şəriət türk dili müəllimi vəzifəsində çalışıb. Şeyx İbrahim Tiflis şəhərindəki ruhani idarəsində imtahan verən zaman Qafqazın canişini qraf VoronsovDaşkov orada iştirak edirmiş. Qraf şeyxin "…elm kamalını müşahidə edib, ona afərin təhsin oxuyub, öz qızıl saatını da bəxş etmişdir".
    Mərhum Şeyx İbrahim 1865-ci ildə 50 yaşında Gəncədə vəfat edib, məqbərəsi "İmamzadə" qəbiristanlığındadır. Mərhumun nəsil şəcərəsi Şeyx Nizamiyə çatır. Onun iki oğlu var idi. Böyük oğlu Ələkbər 1844- ildə anadan olub. Deyilənə görə, 1866- ildə ölüb. İkinci oğlu Hacı İsa (1854-1921) sağlığında sahib olduğu indiki Tatılı kəndinə kəhriz çəkdirib. Həmin kəhriz hazırda durur. Mərhum Hacı İsanın yeganə oğlu Məmmədrza Şeyxzamanlı (1916-1989) Azərbaycanın xalq artisti idi. O, Azərbaycan Akademik Milli Dram Teatrda çalışırdı. Nizami prospektində yerləşən 95 nömrəli ev Hacı İsaya məxsus olub.
    XIX əsrin əvvəllərində məhəllənin yüzbaşısı İsa Paşa oğlu olub. Məhəllə sakinləri papaqçılıq, dərzilik, tacirlik kimi sənətlərlə məşğul olurdular. Müasirimiz şairbəstəkar Ələkbər Ziyatay bu məhəllədə dünyaya gəlib.
    XIX əsrin sonlarında məhəllədə Abuzər bəy kəhrizi var idi.
    İndi isə məhəllənin adının yaranmasına diqqət edək. Toyuq saxlamaq hər bir məhəllədə ola bilər. Həmin peşəyə görə məhəllənin belə adlanması inandırıcı görünmür. Apardığımız tədqiqatlara müşahidələrə əsasən deyə bilərik ki, qədim zamanlardan XVIII əsrədək Türküstanda, türk dövlətlərində, hind çin hökumətlərində "Tuğ" dövlət bayrağı kimi tanınırdı. Tuğun görkəmi belə idi: Uca bir payanın ucuna aypara bərkidilirdi (müsəlman türk hind qoşununda). Ondan bir az aşağıda dəmir halqa olurdu. Bu halqada qırmızı, , qara, sarı, mixəyi rəngli at quyruğundan düzəldilmiş saçaqlı qotaz olardı. Bu qotaza "tuğ" deyilirdi. Tuğu saxlayan "tuğçu" adlanırdı.
    Sultan Səncər İbn Məlik şahın (1118-1157) Osman Qaziyə göndərdiyi tuğ bu qəbildən idi.
    Tuğ böyük rütbə sahiblərinə verilirdi. Sancaq bəylərbəyinə bir, Mirmiralaylar bəylərbəyə iki, vəzirlərə üç, sədrəzəmə (baş vəzir) beş ədəd tuğ (qotaz) verilirdi. Müharibə zamanı padşahın yeddi qotazı olurdu.
    Tuğ dövlət bayrağı idi. Onu sərkərdə qoruyar, müharibədə hərbi bayramlarda hərbi musiqi sədaları altında havada oynadardı.
    Çox güman ki, döyüşdə qəhrəmanlıq göstərən əsgər, "tuğçu" bu məhəllədə yaşamışdır. Elə onun şərəfınə bu məhəllə "Tuğçu" adlanmışdır.
    1588-ci il may ayında Osmanlı sultanı III Muradın baş komandanı Fərhad paşa sultanın göstərişi ilə Gəncədə qala tikdirir. Qalanın mühafizəçiləri çadırlar qurub bu ərazidə yaşayırdılar. Minlərlə osmanlı əsgərinin yaşadığı bu ərazi hərbi düşərgə idi.
    Dilçilik elminin qanunlarına əsasən tuğçu tuyuqçu, toyuqçu şəklinə düşə bilər. Burada məhəllə salıb yaşayanların yaşadığı yerə «Tuyuqçu» yox, «Toyuqçu» adı verilməsi təbiidir.
    1725-ci ildə tərtib olunmuş Gəncənin təhrir dəftərində bu məhəllənin adı qeyd olunmayıb. Bunu əsas götürüb demək olar ki, məhəllə XVIII əsrin sonlarında salınıb.

    Hamlet
    ALLAHVERDİYEV,

    AMEA Gəncə Bölməsinin əməkdaşı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 18:09

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.