Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,839
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 06Ноя

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə Prezident Administrasiyasının ƏraziTəşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov da iştirak edib.

    Şəhər rəhbərinə məlumat verilib ki, Gəncə şəhərinin Hacıkənd qəsəbəsi 107,7 hektar əraziyə malikdir. Sakinlərinin sayı 483 nəfər, qəsəbədə olan təsərrüfat sayı isə 116-dır.

    Açıq mikrofonşəraitində keçən görüşdə qəsəbə sakinləri öz problemlərini dilə gətiriblər. Bildirilib ki, Hacıkənddə vahid su şəbəkəsi kanalizasiya sistemi yoxdur, burada yeni su xətləri sanitar qovşaqlarının çəkilməsinə ehtiyac var. Həmçinin qəsəbənin 5 küçə 2 dalanının gecə işıqlanması mövcud deyil. Bununla yanaşı qəsəbədə mağaza ya marketin olmaması da sakinlər üçün çətinlik yaradır.

    Səslənən müraciətlər arasında işlə təminat, yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi, diabet xəstələrinin dərman preparatları ilə təminatı, sənədsiz ev təsərrüfatların rəsmiləşdirilməsi kimi məsələlər yer alıb.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, hazırda Gəncənin 30-a yaxın küçəsinin asfalt örtüyü yenilənir, həmin küçələrdə müasir gecə işıqlanması qurulur. Gəncədə icra olunan şəhərin su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilir.

    Qəsəbədə olan problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, səslənən bəzi problemlərin qeydiyyata alınaraq araşdırılması üçün göstəriş verib. Dilə gətirilən bir çox məsələlər isə yerindəcə öz həllini tapıb.

    Qeyd edək ki, sakinlərin problemlərini öyrənmək onları həll etmək məqsədi daşıyan səyyar görüşlər Prezident İlham Əliyevin tapşırıq tövsiyələrinə uyğun şəkildə mütəmadi olaraq keçirilir.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 16:46

İsmarıclar bağlıdır.