Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,839
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 07Ноя

    İmtahanda iştirak edənlərdən 369 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub.

    28 oktyabr 2018-ci ildə inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilmiş imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında növbəti statistik məlumatlar.

    İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 1087 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 555 nəfər imtahanı müvəffəqiyyətlə vermişdir.
    İmtahanda iştirak ed
    ənlərdən 369 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olmuşdur.
    Onlar müsabiq
    ə və ya müsahibə yolu iləə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.
    İmtahanda iştirak etm
    ək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 54 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 22 nəfər imtahandan uğurla keçmişdir. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.
    Müdd
    ətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxlərdən isə 264 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 74 nəfər müvəffəqiyyət əldə etmişdir.
    İşd
    ən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 51 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 16 nəfər uğur əldə etmişdir.
    Xatırladaq ki, ümumilikd
    ə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 667 nəfəri (45.8%) müvəffəqiyyət əldə etmişdir.
    Test imtahanını uğurla vermiş ş
    əxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Hazırda 15 oktyabr və 5 noyabr tarixlərində elan olunmuş müsahibələr üzrə qeydiyyat davam edir.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:57

İsmarıclar bağlıdır.