Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,939
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 06Дек

    Gəncədə Xan Şuşinski Fondunun təşkilatçılığı ilə "Könlüm keçir Qarabağdan" adlı konsert təşkil olunub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan konsert proqramı Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb.

    Tədbirdə çıxış edən Xan Şuşunskinin qızı, "Xan Şuşunski Fondu"nun rəhbəri Bəyimxanım Verdiyeva yaradılan şəraitə görə əməyi keçən hər bir şəxsə öz təşəkkürünü bildirib. O qeyd edib ki,  fond 2011-ci ildə Xan Şuşinskinin anadan olmasının 110 illik yubileyi münasibəti ilə keçirilən tədbirlər ərəfəsində yaradılıb."Fond yarandığı gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Bu günə kimi 7 uğurlu layihəyə imza atmışıq və fəxri diplomalarla mükafatlandırılmışıq. Layihələrimiz Respublikanın bölgələri ilə yanaşı dünyanın müxtəlif ölkələrində də nümayiş olunub. Bu gün isə qəhrəmanlar yurdu olan Gəncəmizdə belə bir tədbirin keçiriliməsindən fərəh hissi duyuruq ", — deyə Bəyimxanım Verdiyeva bildirib.

    O qeyd edib ki, "Könlüm keçir Qarabağdan" layihəsinin əsas məqsədi milli musiqimizin qorunması və təbliği, gənc nəslin musiqiyə olan marağın artırılmasıdır. Həmçinin layihə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibətinin dünya ictimaiyyətinə çatdırılmasını hədəfləyir.Daha sonra Respublikanın Xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının kollektivi konsert proqramı ilə çıxış edib.  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solist Rövşən Məmmədov və digər müğənnilərin ifasında Azərbaycanın  muğamları,  xalq və bəstəkar mahnıları səsləndirilib.  “Göygöl” Rəqs Ansamblının rəngarəng rəqsləri isə konsertə öz damğasını vurub. Baletmestr Sənan Cavadov və rəqs ansamblı üzvlərinin çıxışları tamaşaçıların gur alqışına səbəb olub.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:47

İsmarıclar bağlıdır.