Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,084
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 14Янв

    Konfrans 15 mart 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” də nəzərdə tutulan “Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşdırılması məqsədi ilə “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda keçiriləcək.

    İştirak etmək istəyənlərin nəzərinə:

    Konfransın işçi dilləri: Azərbaycan, Türk, Rus və İngilis Konfransda iştirak forması:

    Əyani Konfransa aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:

    1. Aqrar iqtisadiyyatda müasir yeniliklər

    2. Kənd təsərrüfatında risk və qeyri-müəyyənliyin idarə olunması

    3. Azərbaycanda bitkiçiliyin və heyvandarlığın inkişaf istiqamətləri

    4. Aqrar sığortada hidrometroloji proqnozlar, sığorta statistikası

    5. “Elektron kənd təsərrüfatı” informasiya sistemi – yeni imkanlar Konfransın Təşkilat Komitəsinin ünvanı: Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 450, ADAU-nun İnzibati binası, AZ2000, Əlaqə nömrəsi: (+994 22) 266 23 85, e-mail: elm@adau.edu.az “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” ümumrespublika konfransının təqvimi 14.01.2019

    Məqalələrin qəbulu 08.03.2019 Məqalələrin göndərilməsinin son tarixi 12.03.2019 Məqalələrin qəbulu haqda nəticələrin elanı

    13.03.2019 PowerPoint təqdimatlar və Posterlərin göndərilməsinin son tarixi 15.03.2019 Konfransın keçrilməsi tarixi Məqalələrin tərtibinə dair tələblər:

    -Təqdim olunan məqalə Microsoft Word proqramında yazılmalıdır.

    Həcm 5 səhifədən az olmamalı, format A4, şrift Arial, ölçü 12, yuxarıdan 2,0 sm, aşağıdan 2,0 sm, soldan 2,5 sm, sağdan 1,5 sm 1,15 interval, abzas 1,0 olmalıdır;

    — Məqalənin əvvəlində yazıldığı dildə xülasə (200-300 söz) və açar sözlər (5-7 söz), məqalənin sonunda isə ədəbiyyat siyahısından əvvəl ingilis dilində xülasə və açar sözlər göstərilməlidir;

    — Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 12), təşkilat, vəzifə, e-mail ünvanı və şəhərin adı adi şriftlə (ölçü 12) yazılmalıdır;

    — Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 12) yazılmalıdır;

    — Məqalənin mətnində qaynaqlara istinad, mötərizədəəllifin (müəlliflərin) soyadı, çap ili qeyd olunmaqla verilir (məs.: (Məmmədov, 2016), (İmanov və Həsənli, 2015), (Dünya Bankı, 2017).

    İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilməlidir (ölçü 12). Konfransda iştirak etmək istəyənlər məqalələrini elm@adau.edu.az e-mail ünvanına göndərə bilərlər.

    Təşkilat Komitəsi təqdim edilən məqalələri konfransın istiqamətlərinə uyğun seçim etmə hüququna malikdir.

    Digər nəşrlərdə çap edilən və qoyulan tələblərə cavab verməyən materiallar qəbul edilməyəcək.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:02

İsmarıclar bağlıdır.