Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,439
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 08Фев

    Ötən ilin 20 noyabrında şəhərin Şahlar Hüseynov küçəsi 13 A ünvanında baş verən partlayış nəticəsində bir bloku tamamilə uçan binanın sakinləri yeni mənzillərlə təmin ediləcəkləri günü səbirsizliklə gözləyirlər. Müvvəqəti kirayə evlərdə yerləşdirilən ailələr mənzil-məət şəraitlərinin yaxşılaşdırırması məqsədilə əlavə tədbirlər haqqında prezident sərəncamını sevinclə qarşılayıblar.

    Tükəzban Ağayeva – sakin : “3 aya yaxındır ki, kirayədə yaşayırıq. Düzdü, bizi hər cür şəraitlə təmin ediblər. Evlərin kirayə haqqını da ödəyirlər, kommunal xərcləri də, lakin insanın öz evi kimisi yoxdur. Prezident İlham Əliyevin imzaladığı Sərəncam bizi çox sevindirdi. Tək bizi yox, o binada yaşayan 36 ailənin hər bir üzvünü sevindirdi”.

    Xalid Mustafayev – sakin: “Cənab Prezidentin Sərəncamı ilə bizim üçün yeni, müasir və gözəl bir bina tikiləcək. Mən həm öz adımdan, həm ailəm adından, həm də binanın bütün sakinləri adından dövlət başçısına öz minnətdarlığımı bildirirəm. Bizi öz diqqət və himayələrində saxladıqlarına üçün çox sağ olsunlar”.

    Mətləb Əliyev – sakin: “Bizi yeni, müasir bina ilə təmin edəcəklər. Bu xəbər bizi çox sevindirdi. Belə bir addımın atılacağını gözləyirdik. Bütün qonşular adından dövlət başçısına öz təşəkkürümüzü bildiririk”.

    Yeni binanın elə əvvəlki yerində inşa olunacağı xəbəri isə sakinləri xüsusilə sevindirib.

    Nəsrəddin Ağayev – sakin: “Qəzalı vəziyyətə düşən binanın yeri bizim üçün olduqca əlverişlidir. Bina həm baxçaya yaxındır, həm də məktəbə. Buna görə də yeni binanın elə köhnəkinin yerində inşa olunması bizi lap çox sevindirdi”.

    Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və ərazinin təmizlənməsinə yaxın günlərdə başlanılacaq. Yeni binanın isə ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.

    Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 6 fevral 2019-cu il tarixdə Gəncə şəhərində əhalinin mənzil-məət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 2018-ci il noyabrın 20-də Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni çoxmənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat vəsait ayrılıb.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:09

İsmarıclar bağlıdır.