Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,259
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 08Фев

    Görüşdə Türkiyə və Azərbaycan gənclərinin təşəbbüs və ideyalarının reallaşması sahəsində birgə əməkdaşlıqdan danışılıb.

    Gəncə şəhərində işgüzar səfərdə olan Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin (UBİKS) rəhbəri Taner Bozkuş və Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvi Naqif Həmzəyev şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov ilə görüşüblər.

    Taner Bozkuş 18-22 iyun tarixlərində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə keçiriləcək UBİKS-nin Beynəlxalq Elm, Mədəniyyət və İdman Konfransı haqqında ətraflı məlimat verib.

    Millət vəkili Naqif Həmzəyev Gəncə idman məktəbinin yetirmələrinin ölkə, Avropa və dünyamiqyaslı yarışlarda dəfələrlə yüksək nailiyyətlər əldə etdiklərini, Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırdıqlarını diqqətə çatdırıb.

    Müşfiq Cəfərov Gəncə şəhərinin 2019-cu il üçün Avropa İdman şəhəri seçilməsinin şəhər sakinləri, xüsusi ilə gənclər tərəfindən böyük sevinclə qarşılandığını bildirib. Qeyd edilib ki, Beynəlxalq Elm, Mədəniyyət və İdman Konfransının da belə bir ərəfədə şəhərimizdə keçirilməsi hər iki ölkə gənclərinin əməkdaşlıq imkanlarına yeni töhvə olacaq.

    Sonra Taner Bozkuş ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzini ziyarət edib,  dünyaşöhrətli dahi şəxsiyyətin həyat və və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən eksponatlarla yaxından tanış olub.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:13

İsmarıclar bağlıdır.