Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,738
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 14Фев

    Cüdo üzrə 4-cü ‘Yaponiya Səfiri Kuboku” Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi ilə Yaponiyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.Yarış “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının cüdo idman zalında keçirilib.

    Tədbirdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori, Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova, şəhər Gənclər və İdman Baş İdarəsinin direktoru Müşfiq Cəfərov, icra nümayəndələri və idmançılar iştirak ediblər.

    Tədbirdə çıxış edən səfir Teruyuki Katori idmançıları salamlayaraq, yarışın keçirilmə məqsədindən söz açıb. O bildirib ki, bu yarış gənc cüdoşuların daha da təkmilləşməsinə, Gəncədə cüdoya olan marağın artmasına xidmət edir. Qonaq qeyd edib ki, Səfirlik Yaponiya mədəniyyətini Azərbaycanda daha da tanıtmaq üçün Bakı, Gəncə və digər şəhərlərdə müxtəlif tədbirlər həyata keçirir. Səfirlik mədəni münasibətlər vasitəsilə Yaponiya-Azərbaycan əlaqələinin genişlənməsinə töhvə verməkdə davam edəcəkdir.

    Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova bu təşəbbüsü böyük maraq və minnətdarlıq hissi ilə qarşılaşdığını bildirib. O qeyd edib ki, artıq 4-cü dəfədir keçirilən bu yarış yeniyetmələrin şəxsiyyət kimi formalaşmasına mənəvi cəhətdən müsbət təsir görtərə bilər. Şöbə müdiri ‘Yaponiya Səfiri Kuboku”nun iki ölkə arasında olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhvə verdiyini söyləyib.

    Çıxışlardan sonra uşaq və yeniyetmə idmançılar arasında yarışa start verilib. Cüdo üzrə 4-cü ‘Yaponiya Səfiri Kuboku”nda 8-15 yaş arası 20 nəfər oğlan və qız iştirak edib. Onlar müxtəlif çəki dərəcələri üzrə qruplarda mübarizə aparıblar. 

    Sonda qaliblərə Yaponiyanın Azərbaycandakı Səfirliyi tərəfindən diplomlar təqdim olunub.

    Səbuhi Sabiroğlu

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 07:47

İsmarıclar bağlıdır.