Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,259
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 14Фев

    Gəncə məktəblilərinin ADAU ilə tanışlığı davam edir. Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən Aqrar İnkişaf Könüllüləri "Aqrar təhsilin təbliği" layihəsi çərçivəsində baş tutan tanışlıq hər şagirdin qəlbndə silinməz izlər buraxır.

    Məqsəd ölkənin yeganə aqrar təhsil müəssisəsi barədə məzun olacaq şagirdləri bilgiləndirmək, mövcud durumla əyani olaraq tanış etməkdir. İlbəil şəraiti və maddi-texniki bazası güclənən, yeni laboratoriyaları ilə tədrisin keyfiyyətini yüksəldən, tədrisdə şəffaflığı , tələbələrin sosial durumlarına qayğı ilə seçilən təhsil müəssisəsində isə onları maraqlandıran çox sahələr var. Yəni, şagird universitet barədə tam məlumata malik olur. 

    "Aqrar təhsilin təbliği" layihəsi çərçivəsində ADAU-nun növbəti qonaqları şəhər 16 və 38 saylı məktəbin şagirdləri olub, aqrar təhsilin inkişaf ömrünü izləyiblər. Aqrar İnkişaf Könüllüləri onlara Universitetin tarixi, Tələbə vi, mövcud ixtisaslar, texniki təchizat, quşçuluq, balıqçılıq laboratoriyaları, bildirçin bəsləmə mərkəzi haqqında ətraflı məlumatlar veriblər.

    Yeganə İsmayılqızı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:52

İsmarıclar bağlıdır.