Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 20Фев

    Gəncədə "Kəpəz" PFK-nın 60 illik yubileyinə həsr olunan "Kəpəzə gedən yol" sənədli filmi nümayişi etdirilib. Film “Arb Aran” media şirkətinin “Aranfilm” yaradıcılıq mərkəzində istehsal olunub.

    Filmin təqdimatında Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov, "Kəpəz" PFK-nın veteran futboçuları, filmin yaradıcı heyəti və gənc idmançılar iştirak ediblər.

    Təqdimatdan öncə “Aranfilm” yaradıcılıq mərkəzinin bədii rəhbəri, filmin idea müəllifi Tahir Əliyev çıxış edərək veteran futbolçuları və gənc idmançıları salamlayıb. O "Kəpəz" PFK-nın 60 yaşlı komandanın qazana biləcəyindən daha artıq uğura imza atdığnı vurğulayıb. "Kəpəz"in Azərbaycan futbol tarixində yazdığı salnamə ilə qürur duyduğunu bildirən Tahir Əliyev, klubun bundan sonra da uğur qazana biləcəniyə inandığını söyləyib. Filmə gəldikdə isə Tahir Əliyev bunları qeyd edib: "Filmdə XX əsrin 60-cı illərinin sonlarına aid kadrlar istifadə olunub. Bu kadrların varlığı bizi çox sevindirdi. “Kəpəz”in həmin illərdə iştirak etdiyi oyunların unikal kadrları məhz bu filmdə təqdim olunub. Bununla biz “Kəpəz”in veteran futbolçularını bir anlıq keçmişə səyahətə aparmış oluruq".

    Daha sonra Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin direktoru Müşfiq Cəfərov çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib. O qeyd edib ki, bu il Gəncə “Avropanın İdman Şəhəri” titulunu daşıyır. Bununla əlaqədar olaraq il ərzində şəhərdə bir sıra tədbirlər həyata keçiriləcək. “Kəpəz” PFK-nun 60 illiyində Gəncənin bu adı daşıması olduqca əlamətdardır.

    Ölkənin futbol tarixində öz dəsti xətti ilə tanınan "Kəpəz" PFK-nın keçdiyi tarixi yolu əks etdirən filmdə başqa-başqa vaxtlarda komandada forma geyinmiş veteran oyunçuların müsahibələri yer alır. Onlar öz xatirələrini kameraya danışıb, geniş tamaşaçı kütləsi ilə bölüşüblər.

    Filmin ideya müəllifi Tahir Əliyev, rejissoru Aydan Əhmədova, operatorları Rafiq Əliyev və Kamran Layıcovdur.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 07:21

İsmarıclar bağlıdır.