Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 20Фев

    Fevral ayının 15- MKSnin 15 saylı kitabxana filialında Azərbaycanın böyük şair mütəfəkkiri İmadəddin Nəsiminin  650 illik yubileyi ilə əlaqədarMəndə sığar iki cahan, Mən bu cahana sığmazambaşlığı altında şeir gecəsi keçirilib. Kitabxananın müdiri Atlaz Cəfərova tədbiri açıq elan edərək böyük şairin həyat yaradıcılığı ilə tədbir iştirakçılarını tanış edib. Kitabxananın böyük kitabxanaçısı Səkinə Tahirova çıxışında qeyd edib ki, Azərbaycanın böyük şairi mütəfəkkiri İmadəddin  Nəsiminin adı 650 ildir ki, Yaxın Şərqdə mərdlik, fədakarlıq iradə rəmzi kimi hörmətlə çəkilir.

    650 ildir ki, məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz əqidəsindən dönməyən bu mərd insanın faciəli ölümü şairlərin şeirində, aşıqların sazında tərənnüm edilir. Nəsimi Azərbaycan dilində şeirin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirlərini yüksək bədii dildə ifadə etməyi bacaran qüdrətli sənətkarlardan  biri olmuşdur

    Gəncə şəhər 23 saylı məktəbin ədəbiyyat müəllimi İradə MursaqulovaNəsimi yaradıcılığında hürufilikmövzusunda çıxışında bildirdi ki, hürufizmdə Allahın təbiətdə, əşyada, sözdə, xüsusən insanda təcəssümü fikri əsasdır. Hürufilikdə  Allah, eyni zamanda sözkəlam şəklində təcəlla edir, sözlər isə həriflər vasitəsilə ifadə olunur. Hürufizmin fəlsəfi əsası panteizmidir.

    Həmin məktəbin müəllimi Seyhun HacıyevNəsimi yaradıcılığında fəlsəfi fikirlərmövzusunda çıxış edib bildirib ki, Nəsimi yaradıcılığı Azərbaycan bədii fəlsəfi fikri tarixində yeni bir hadisədir. Zəmanəsindən başlayaraq bu günə kimi şairin parlaq istedadı, humanist ideyaları haqqında qiymətli mülahizələr irəli sürülmüş, bir sıra dəyərli məqalə əsərlər yazılmışdır. Nəsimi özünün dünyagörüşü, fəlsəfi təlimi bədii yaradıcılığı ilə Azərbaycan ictimaifəlsəfi bədii fikri zəminində yetişmişdir.

    Tədbirdə 23 saylı məktəbin şagirdləri Aynur Abdinova, Elcan Abdullahi, Şəfa Verdiyeva, Aytac Süleymanlı, Təranə Namazova, Aygün Abdullayeva, Elgün Həşimov, Arif Məmmədov İmadəddin Nəsiminin şeir qəzəllərini söyləyiblər. Sonra kitabxananın Cahana sığmayan şairbaşlığı altında təşkil etdiyi sərgiyə baxış keçirilib.

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:31

İsmarıclar bağlıdır.