Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 21Фев

    Türkiyənin ən məşhur yemək proqramı aparıcılarından, yemək yazarı Sahrap Soysal son bir ayda o, tez-tez Azərbaycanla bağlı öz “Instagram” hesabından paylaşımlar edir. Son paylaşım  qədim Gəncəyə səfəri ilə bağlı olub. Nurlu siması, geniş izahetmə qabiliyyəti və səmimiyyəti ilə Gəncə şəhərində qonaq olan Sahrap Soysal içtimaiyyət nümayəndələri ilə görüşüb, milli mətbəximizin nəfis yeməklərinin sirlərini seyrciləri ilə bölüşüb.

    Qeyd edək ki, səyahətçi və qurman Sahrap xanımın gəzinti proqramında ən möcüzəvi köməkçisi ‘‘Möcüzə’’ yağları onunla olacaq. Sahrap Soysal Möcüzə ilə birlikdə 12 bölgə və şəhəri gəzərək Azərbaycan kulinariyasını öz baxışından təqdim edəcək. 12 buraxılış ilə yayımlanacaq ‘‘Qaşıq-qaşıq “Möcüzə’’ proqramında bizi möcüzəli reseptlər və söhbətlər gözləyəcək!

    Fevral ayının 24-dən etibarən hər bazar günü saat 11-da “Xəzər” TV-nin ekranlarında diyarımızı Sahrap Soysalla qarış-qarış gəzib, qaşıq-qaşıq dadacaqsınız!

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 07:44

İsmarıclar bağlıdır.