Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,350
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 15Мар

    Azərbaycan Texnologiya Universitetində (UTECA) hər il olduğu kimi bu ildə açıq havada Novruz bayramı münasibəti ilə bayram şənliyi təşkil olunub.

    Universitetin rektoru, professor Akif Süleymanov əvvəlcə UTECA kollektivinin milli adət-ənənələrimizi əks etdirən stendləri ilə tanış olub.

    Rektor tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, hər birinə sağlamlıq və sevinc dolu günlər arzulayıb. O, Novruzun tarixindən, milli və tarixi motivlərin bu bayramda yer alması və təmsil olunmasından danışıb. Qeyd edib ki, Novruz tariximizi, əsrlər boyu qorunub saxlanan adət ənənələrimizi, birgə dəyərlərimizi gələcək nəsillərə ötürmək üçün ən gözəl vasitədir.

    Sonra Novruzun əsas personajları — Bahar qızı, Dədə qorqud, Keçəl və Kosa maraqlı çıxışları ilə iştirakçılarda xoş əhval ruhiyyə yaradıblar. Fatimə Klubunun taekvandçuları, Kreativ Uşaq Klubunun gimnastları öz ifaları ilə tədbirə maraq qatıblar. UTECA tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya və musiqi nömrələrini tədbir iştirakçıları maraqla qarşılayıblar.

    Daha sonra tələbələr tonqal ətrafında yallı gedərək rəqs ediblər.

    Yeganə İsmayılqızı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:06

İsmarıclar bağlıdır.