Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 27Мар

    Azərbaycanda məcburi köçkünlər üçün yeni qəsəbələr salınacaq. Yeni mənzillərlə ilk növbədə qəzalı binalarda, yarımçıq tikililərdə, çətin şəraitdə yaşayan ailələr təmin ediləcək. 3700 məcburi köçkün ailəsinin həyat şəraitinin yaxşılaşdırılmasına hesablanan layihə Gəncə, Goranboy və Şəmkiri də əhatə edəcək.

    Belə ki, Gəncədə məcburi köçkünlər üçün salınan 1500 ailəlik qəsəbənin yaxınlığında 1500 ailənin yaşayacağı daha bir qəsəbə inşa ediləcək. Goranboyda da mövcud qəsəbənin yaxınlığında 600 ailəlik yeni yaşayış massivi salınacaq. Şəmkir ərazisində məskunlaşan məcburi köçkün ailələri üçün yeni qəsəbənin salınması ilə bu kateqoriyadan olan insanların mənzil-məət problemlərinin həllinə nail olunacaq.

    Layihəyə uyğun olaraq yeni salınacaq qəsəbələrdə lazımi infrastruktur yaradılacaq, inzibati binalar, məktəblər, uşaq bağçaları, mədəniyyət evləri, səhiyyə ocaqları, ictimai iaişə və istirahət zonaları salınacaq. Həmçinin məcburi köçkünlərin işlə təmin olunması da həyata keçiriləcək.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:42

İsmarıclar bağlıdır.