Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,564
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 10Апр

    Azərbaycan Texnologiya Universitetində “Vətən saatı” adlı tədbir keçirilib. Aprel döyüşlərinə həsr edilən tədbirdə UTECA-nın məzunu, aprel şəhidi Rəşad Niftalıyevin valideynləri – Şakir və Fərqanə Niftalıyevlər də iştirak ediblər.

    Əvvəlcə aprel döyüşlərində vətən uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra UTECA-nın rektoru, professor Akif Süleymanov çıxış edərək bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində təcavüzkar Ermənistan tərəfindən 2016-cı il aprelin əvvəllərində törədilən təxribata ordu hissələrimizin cavab verməsi nəticəsində işğal altında olan 2000 hektara yaxın ərazimizin, o cümlədən mühüm  əhəmiyyətli yüksəkliklərin geri qaytarılmasından üç il keçir.

    Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi.

    UTECA-nın məzunu, aprel şəhidi Rəşad Niftalıyevin atası Şakir Niftalıyev isə bildirib ki, Azərbaycan şəhidlər versə də, Aprel zəfəri bizim gələcək qələbəmizin bünövrəsini qoydu. Həmin döyüşlər nəticəsində Azərbaycan Ordusunun birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri azad etdi, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirdilər. Döyüşlər nəticəsində, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.

    Tədbirdə iştirak edən media nümayəndələri və yazıçı-publisist Azər Hacıbəyli çıxışlarında qeyd ediblər ki, Azərbaycan ordusunda, müdafiə sistemində aparılan islahatlar, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər bizi bir daha əmin edir ki, işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyik.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:57

İsmarıclar bağlıdır.