Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,778
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Апр

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan olunur.

    Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dək, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu iləəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

    16 aprel 2019-cu il tarixdə saat 9.00-da Gəncə şəhərində, Nazirliyin Gəncə Regional Mərkəzinin binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir,Tovuz, Ağstafa, Qazax rayonlarınınsakinləri, həmçininhəmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

    Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

    — şəxsiyyət vəsiqəsi;

    — hərbi bilet;

    — sağlamlıq haqqında arayış Forma № 086;

    — Vərəm Əleyhinə Dispanserdən arayış;

    — Dəri-Zövrəvi Dispanserdən arayış;

    — RuhiƏsəb Xəstəlikləri Dispanserindən arayış;

    — Narkoloji Dispanserdən arayış.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 07:37

İsmarıclar bağlıdır.