Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,647
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Апр

    Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri “Bir uşaq-bir ümid” layihəsi çərçivəsində Gəncədə yerləşən Uşaq evini ziyarət ediblər. Tədbirdə Fondun nümayəndə heyyəti ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəliyi və Uşaq Evinin rəhbərliyi iştirak edib.

    Fondun icraçı direktoru Mehman İsmayılov uşaqları salamlayaraq bildirib ki, onlar cəmiyyətimizin gələcəyi, xalqımızın, dövlətimizin ən qiymətli sərvətidir. Bu gün uşaqların fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələri, mükəmməl elmi biliklərə yiyələnmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri də uşaq evlərini ziyarət etməyi özlərinin ən ümdə vəzifələrindən biri hesab edir.

    Uşaq evinin sakinləri musiqili-əyləncəli proqramla çıxış edib, öz istedadlarını nümayiş etdiriblər. Maraqlı və şən musiqilərlə zəngin olan kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Daha sonra balacalara hədiyyələr təqdim olunub.

    Sonda Gəncə Uşaq Evinin rəhbərliyi və balaca sakinləri Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələrinə öz təşəkkürlərini bildiriblər.

    Məlumat üçün bildirək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Bir uşaq-bir ümid” layihəsi çərçivəsində ölkədə yerləşən uşaq evlərinin ziyarət edilməsi nəzərdə tutulur.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:20

İsmarıclar bağlıdır.