Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,647
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Апр

    Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə  təşkil olunmuş maarifləndirirci tədbirdə tələbələrə Gəncə Regional Debat Mərkəzi haqqında ətraflı məlumat verilib.

    Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov  bildirib ki, debat yeni dostlar, fərqli ünsiyyət, geniş əlaqələr yaradan intellektual əyləncə və təhsil proqramıdır.

    Debat cəmiyyətdə gedən ictimaisosial proseslərə ətraf mühitə müxtəlif nöqteyinəzərdən baxmağı, biliklərə və ideyalara şübhə ilə yanaşmağı, onların əsasında yeni baxışlar, biliklər yaratmağı, arqumentləri məntiqi qurmağı və üçüncü tərəfi öz mövqeyinə inandırmağı öyrədir. Debat formal və qeyriformal olaraq iki hissəyə bölünür.

    Gəncə Regional Debat Mərkəzinin proqram rəhbəri,Gəncə Dövlət Universiteti Tarixcoğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Elşən Tağıyev debatın dörd prinsipi olan öyrənmək, aydınlıq, düzgünlük və hörmət haqqında tələbələrə məlumat verərək, debatın onlara araşdırma imkanı, auditoriya qarşısında sərbəst çıxış etmək, məntiqi təfəkkürün inkişafı, fikri düzgün çatdırmaq bacarığı, inandırma və təqdimetmə vərdişləri qazandırdığını vurğulayıb.

    Gəncə Dövlət Universiteti Debat klubunun sədri  Nazpəri Abdurrəhmənova  sonda bir daha qeyd edib ki, Debat təhsil proqramının məqsədi vətəndaşlara, xüsusilə gəncləri, mübahisələrə deyil, problemlərin müzakirəsinə və onların həlli yollarının müəyyənləşdirilməsinə cəlb etməkdir.

    Çıxışlardan sonra debat proqramının mahiyyətini əks etdirən video çarx tələbələrə təqdim olunub.

    Sonda tələbələri  maraqlanadıran suallar cavablandırılıb.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:09

İsmarıclar bağlıdır.