Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,647
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 15Апр

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Çexiya Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini Pavel Veselının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Çexiya Respublikasının Azəbaycandakı fövqaladə və səlahiyyətli səfiri Milan Ekert də iştirak edib.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqları salamlayaraq  onlara Gəncənin tarixi, mədəniyyət və  iqtisadiyyatı haqqında geniş məlumat verib. O bildirib ki, Gəncə 2016-ci ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı statuslarına sahib olub. Bu il isə Avropanın İdman Şəhəri statusunun dayışır. Bütün bunlar da öz növbəsində şəhərin Avropada tanıdılması və təbliğinə müsbət təsir göstərib. Şəhər rəhbəri Gəncədə 3 universitet və 3 kollecin, həmçinin bir sıra iri sənaye müəssisələrinin olduğunu qonaqların diqqətinə çatdırıb. Azərbaycan Dövlət Aqrar Universitetininbölgənin, o cümlədən ölkənin kənd tsərrüfatının inkişafı istiqamətində apardığı işlər haqqında məlumat verilib.

    Cexiya Respublikasının səfiri Milan Ekert  ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Səfir “Tatra” şirkətinin Azərbaycanın sənaye sahəsinə daxil olmasını əlamətdar hadisə kimi qeyd edib. Həmçinin, səfir kənd təssərüfatı sahəsində də əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu dilə gətirilib.

    Çexiya Respublikasının nümayəndə heyətinə başçılıq edən kənd təsərrüfatı nazirinin müavini  Pavel Veselı öz növbəsində icra başçısını salamlayıb. Pavel Veselı Gəncədə olduğundan böyük məmnuniyyət hissi duyduğunu söyləyib.  Bildirib ki, Gəncəyə səfərinin əsas məqsədi kənd təsərrüfatı sahəsindəki əməkdaşlığı inkişaf etdirməkdir. Pavel Veselı  heyvandarlıq məhsullarının istehsalı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərindən danışıb.  Çexiyada yetişdirilən iribuynuzlu mal-qara cinsinə, onlardan alınan süd və ət məhsullarına,  ölkəsində istehsal olunan müxtəlif yem formalarına, ərzaq emalı texnologiyaları və kənd təsərrüfatının mexanikləşdirilməsinə  dair ətraflı məlumatlar verib.

    Qarşılıqlı müzakirə şəraitində keçən görüşünü sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib, şəkillər çəkdirilib.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:44

İsmarıclar bağlıdır.